0
Monday 2 February 2015 - 15:53

"Bu baş versə, Dağlıq Qarabağ yox olacaq, İrəvan isə..."

Story Code : 436608
"Bu baş versə, Dağlıq Qarabağ yox olacaq, İrəvan isə..."
"Bu baş versə, Dağlıq Qarabağ yox olacaq, İrəvan isə..."
Axar.az xəbər verir ki, bu açıqlama ilə REAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli öz Feysbuk səhifəsində çıxış edib.

O, Qarabağın vasitəçi dövlətlər tərəfindən mübahisəli ərazi sayılmasının onların özlərinə sərf etdiyini bildirib:

"Bundan öncə paylaşdığım məqalədə, ("Nyu York Tayms" qəzetində) Dağlıq Qarabağ yenidən "mübahisəli ərazi" adlandırılıb. Bu ifadə Minsk Qrupunun həmsərdlərinin də dilindən düşmür. Məsələ ondadır ki, nə biz, nə ermənilər Qarabağı mübahisəli sayırıq. Biz aydın məsələdir. Qarabağın özümüzə aid olduğuna və kimsəylə onu mübahisələndirmədiyimizə görə belə sayırıq. Ermənistan da Qarabağı özünə aid edir, amma ermənilər üçün məsələnin burası heç da ən vacib olanı deyil. Ermənistan Qarabağı "mübahisəli ərazi" saymır, çünki əks təqdirdə qondarma "Daqlığ Qarabağ Respublikasının" bütün hekayəsi dağılacaq. Ermənilərin qurduğu hekayəyə görə, bu separatçı qurum müstəqil dövlət olmağa layiqdir. Onun "xalqı" özdurum haqqından guya istifadə edib və Azərbaycandan ayrılıb, Azərbaycan isə "DQR"ə qarşı guya təcavüz edib. Bu hekayədə Ermənistanın yeri yoxdur. Ermənistan Dağlıq Qarabağı "mübahisəli" adlandırarsa, bir tək faktiki deyil, həm də ritorik (rəsmi) səviyyədə də birbaşa tərəfə çevrilir (hazırda Ermənistanın danışıqlarda "DQR"in maraqlarını ifadə etdiyi hesab olunur, çünki Azərbaycan "DQR"i tərəf kimi tanımır). Başqa sözlə, Ermənistan Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırarsa, "DQR" yox olacaq, Ermənistan isə özünü birbaşa işğalçı kimi tanıyacaq. Paradoksal vəziyyətdir. Münaqişə tərəfləri Dağlıq Qarabağı "mübahisəli ərazi" saymır, münaqişədə vasitəçi olan dövlətlər və dünya mediası isə sayır. Niyə? Çünki özlərinə belə sərf edir. Yaxşı məlumdur ki, istilah və anlayışlara kim nəzarət edirsə, sosial üstünlük (hakimiyyət) də onundur. Qədim zamanlardan bəri belə olub həmişə. Minsk Qrupunun həmsədrləri, onların rəyini nəzərə alan başqa dövlətlər, eləcə də aparıcı dünya mediası, Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırmaqla, münaqişənin birbaşa tərəflərinə, bütün başqa təsirlərdən əlavə, həm də məna vasitəsilə təsir etməyə çalışır və beləliklə, onların (münaqişə tərəflərinin) danışıqlarda sərbəstliyini xeyli məhdudlaşdırmış olurlar".
Source : Axar
Comment