0
Thursday 14 May 2015 - 14:53

İran raket sənayesinin əfsanəsi

Story Code : 460811
İran raket sənayesinin əfsanəsi
İran raket sənayesinin əfsanəsi
Ayətullah Xamenei Hacı Həsənin şəhadəti ili bayram keçirmədi

Bütün raketlərin üzərinə yazılmışdı: “Və ma rəməytə iz rəməytə və lakinəlallahə rəma”

Biz gördüyümüz işlərlə ümid edirik ki, bu yolla zühur üçün müqəddimə yaranar. Həzrət Bəqiyyətullah (əc) təşrif buyurar və olsun ki, bu vasitələrdən istifadə edər. Əgər siz səbr etsəniz bu işin savabına şərik olarsınız ...

Fars İnformasiya Agentliyi yazır: İran raket sənayesinin atası adlandırılan Şəhid Həsən Tehrani Müqəddəm tanıyanların xatirəsində dərin iz buraxmış bir insandır. Böyük komandanla bağlı xatirələrin az olması ona qarşı münasibətləri daha əsrarəngiz edir.

Ötən günlərdə Mehdi Bəxtiyari “Boş əllə” adlı kitab hazırlamışdır. Kitabda Şəhid Həsən Tehrani Müqəddəmlə bağlı xatirələr toplanıb. Kitabı Ya-Zəhra nəşriyyatı çap edib. Kitabda Möhsin Rəfiqdust, Məhəmmədbaqir Qalibaf, Möhsin Rizayi, şəhidin ailə-övladı və bəzi yoldaşlarının xatirələri nəql olunur.

Kitabdakı bəzi xatirələri nəzərdən keçirək:

“1364-1366-cı illərdə raket istehsalı ilə bağlı layihələrimizdən ilk nəticələr əldə etdik. Demək olar ki, ilk məhsul əldə olundu. Şəhid Himmət Şəhab raketini yaratdı. Şəhid Himmət kompleksindən başqa komplekslər də işə salındı. Bu sırada Şəhid Bakiri kompleksini yada sala bilərəm. Bəzi raketlərdə bərk, bəzi raketlərdə maye yanacaqdan isifadə olunurdu. Artıq bu gün İran raket istehsalında ölkənin ehtiyaclarını tam təmin edir.

Raket sənayesində ilk addımları atan Şəhid Həsən Müqəddəm oldu. Raket korpusunu genişləndirdi. Bir neçə əlavə bölmələr yaradıldı. Əvvəlcə təkcə 7 Hədid bölməsi vardısa, bu bölmə sonradan qərargaha çevrildi və başqa bölmələr yaradıldı.

Kermanşahın qərbində sınaq meydanı vardı. Həmin yer Bağdada yaxın idi. Nəzərdə tutulan yerdə bir neçə atəşdən sonra düşmən kəşfiyyatı bütün diqqətini bu raket bölməsinə yönəltdi. Kəşfiyyatçılar, münafiqlər, təyyarələr mərkəzlə bağlı məlumat əldə etmək üçün fəaliyyətdə idi. Biz də qüvvələrimizi orada mərkəzləşdirmişdik.

Bir gün düşmən əməliyyat keçirdiyi zaman biz həmin mövqeləri raketlə vurmalı idik. Raket atəşi üçün saat yarım vaxta ehtiyac vardı. Bu müddət ərzində düşmən raket kompleksini müəyyənləşdirib vura bilərdi. Atəşdən iki saat qabaq Həsən gəldi və dedi: “Hazırlaşın buradan gedirik. Bu gün buradan atəş açmayacağıq.” Biz oradan hərəkət etdik. Düşmən bir neçə saat sonra həmin yeri, raket kompleksinin yerləşdirildiyi ərazini bombaladı. Bəli, Həsən çox diqqətli və uzaqgörən idi. Maraqlıdır ki, bir qədər sonra göstəriş verdi ki, əvvəlki yerə qayıdıb oradan atəş açmalıyıq. Bütün raketlərin üzərinə yazılmışdı: “Və ma rəməytə iz rəməytə və lakinəlallahə rəma”. Yəni atdığın zaman sən yox, Allah atdı. Həsən bu ayəyə bağlanmışdı. Bu sadəcə bir şüar deyildi. Topxana işə salınanda da topxananın gerbinə həmin ayəni yazmışdı. Atəş açanda dəstəmaz alar, təvəssül edərdi. Böyük mütəxəssis olsa da bütün ümidi Allaha idi. Deyərdi ki, Pərvərdigara, biz bir vasitə olaraq hərəkət edirik. Sənsən bizi məqsədə çatdıran! Topxanada bir hadisə baş verdi. Yönəltmə nöqtəsindən atəş koordinatları veriləndə dedilər ki, həmin nöqtənin yaxınlığında mədrəsə var, mədrəsəyə zərbə vurula bilər. Həsən həmin ayəni oxuyar və sonra atəş açardı...”

“Həsən Müqəddəm və köməkçisi raketləri mənim (Möhsin Rəfiqdust) yanıma gətirəndə dedi ki, Hacı Möhsin bu raketlərdən birini verin, açıb əl gəzdirək. Mən dedim ki, bu raketlərin qiyməti çox bahadır, ümidimizi onlara bağlamışıq. İlk beş, altı raket atılandan sonra Liviya qrupunun komandiri Suleyman dedi ki, artıq atəş açılmasın. Bu göstərişi o zaman verdi ki, artıq Liviyadan atəş dayandırılmışdı. Dedim ki, sənə raket versək əvəzində nə edərsən? Dedi ki, əgər şəhid olsam sizə şəfaət edərəm. Razılaşdım və raketlərdən birini Həsənə verdim.

Həsən Müqəddəmlə Kermanşaha getdik və xəritədə Bəəs rejiminin zabitlər qərargahını tapdıq. Raketləri gətirdilər atəş üçün hazırlıq görüldü. Duadan sonra Allahla söhbət edib deyirdi: “Pərvərdigara, biz İraq xalqını öldürmək istəmirik. Biz təcavüzkar hərbiçiləri aradan götürmək istəyirik ki, həm özümüz rahat olaq, həm də İraq xalqı. Pərvərdigara, bu raketi zabitlərin qərargahına yönəlt.” Sonra atəş açdı. Atəşdən bir qədər sonra BBC radio şəbəkəsini işə saldıq. Atəşdən qısa müddət sonra BBC xəbər verdi ki, Bağdadda zabitlərin qərargahı dağıdılıb. Çoxsaylı zabit tələf olub. Tehrani Müqəddəmin alnından öpüb dedim: Bu sənin ixlas və paklığının bəhrəsidir! Bu atəşdən sonra Həsən digər həmkarlarla birlikdə SEPAH-da raketlər üzərində işləməyə başladı. Skad-B, Skad-C, Şəhab raketləri hazırlandı. Həmişə deyirdi ki, gördüyümüz iş çox həssasdır, bu təkcə İrana aid olan bir iş deyil. O bu raketləri şiənin ixtirası sayır və deyirdi: “Raketlərin üzərinə şiə istehsalı yazmaq istəyirəm. Əhli-Beytin (ə) yardımı ilə bir iş görərik ki, gələcəkdəkilər bunun əhəmiyyətini başa düşər.”

Qrupdakı uşaqlar soruşurdular ki, nə üçün televizorda hamını göstərirlər, amma sizi göstərmirlər? Çünki o heç vaxt görülən işləri özünə aid etməzdi. Deyirdi ki, gördüyümüz işin zühur üçün vasitə olacağına ümid edirik. Ümid edirik ki, Həzrət Bəqiyyətullah (əc) gələr və olsun ki bu vasitələrdən istifadə edər. Əgər səbirli olsanız, bu işə şərik olarsınız. Biz onun bu sözlərindən güc alırdıq...

Şəhadətindən sonra Həzrət Ağa bir saata qədər Həsən haqqında danışdı. Buyurdu: “Hacı Həsən öz işində o qədər sürətli idi ki, bəzən onu irəli getməsin deyə saxlayırdım.”

İdmançılarla görüşümüz var idi. Perspolisin rəisi Əli Pərvin də orada idi. Təbii ki, o zaman bu vəzifədə deyildi. Mehdi Gənci adlı dostlardan birinin vasitəsilə Əli Pərvinlə görüş üçün razılaşdıq. Əli Pərvin Hacı Həsəni görəndə sanki əlli il idi onu tanıyırdı. Çox mehriban söhbət edir, zarafatlaşırdılar. Əli Pərvin öz idmançı görkəminə işarə ilə dedi ki, görürsən Həsən ağa ...

Hacı Həsən zarafatla dedi: “Axirətin üçün nə yığmısan? Bu əzələlərə görə özünüzü yuxarı çəkmisiniz? Qiyamətdə onlara arxayınsınız?!” Amma bu sözlər çox mehriban bir şəraitdə zarafatla deyilirdi.

Həsən Əli Pərvini müəyyən işlərə təşviq edirdi. Deyirdi ki, siz xalq üçün bir nümunəsiniz. Siz cümə namazına gedəndə camaat sizdən ibrət götürür. Əli Pərvin cümə namazındasa, nümayişlərdəsə, demək bu iş faydalıdır. Camaatın çıxardığı nəticə belədir. Siz bu yolla gəncləri namaza, doğru yola çəkə bilərsiniz. Gəlin birlikdə bu işlərdə həmkarlıq edək. Nə qədər medalınız varsa bir o qədər çalışın. Axirətdə bu işlər köməyinizə gələr. Yoxsa bu əzələlərin heç bir faydası yoxdur...

Əli Pərvin dedi: Hacı Həsən! Mənim sizi kimi dostum olmayıb. Mənə belə sözlər deyən də olmayıb. Hamı məni görəndə bəh-bəh deyib. Siz mənim qəlbimi işıqlandırdınız, gözümü açdınız. Həmişə sizin xidmətinizdəyəm. Fəxr edərəm ki, sizinlə birlikdə dünya və axirətimi abad edim. ...

Həsən deyirdi: İsraili yalnız şiələr məhv etməlidir. Bu israillilər də başa düşüblər, təlaşdadırlar. Biz də boş oturmamalıyıq. Həsənin bütün işləri bu məqsədə yönəlmişdi. O şiəliyin izzətini qaldırmağa çalışırdı. Düşünürdü ki, başqa məzhəblər, firqələr bu işin öhdəsindən gəlməz. Şəhadətindən bir həftə qabaq dedi: “Qəbrimin üstünə yazın ki, bu adam İsraili məhv etmək istəyirdi!”



Hacı Həsənin ixtisası kimya deyildi. Raket hazırladığımız zaman mütəxəssislərdən biri problemlə üzləşdi. O layihədə iştirakını dayandırdı. Hacı Həsən dərhal namazxanaya getdi, orada yerdəyişmə aparıb kiçik laboratoriya yaratdı. Hamı onun hərəkətlərini təəccüblə izləyirdi. Qısa bir müddətdə reaksiyalar aparıb nəticələri qeydə alırdı. Saysız və yorucu testlərdən sonra raket üçün yanacaq düzəldə bildi. Elə bir yanacaq düzəltdi ki, layihəni tərk etmiş mütəxəssis bu işi görə bilməzdi. Hansı ki ixtisası kimya deyildi. Onun bu işi bacarması hamını heyrətə gətirmişdi.

Aruzusu bu idi ki, vilayətin əlində möhkəm silah olsun. Cənab Rəhbər Ayətullah Xamenei buyurmuşdu ki, vilayətin yumruğu möhkəm olanda hədəyə hədə ilə cavab verərəm. Cənab Rəhbər Hacı Həsəni çox sevirdi. Prezident olduğu dövrdə ona xüsusi diqqət göstərirdi. Qədir bayramı günləri məsulları, xalqı, hətta səfirləri qəbul edərdi. Amma Hacı Həsənin şəhadəti ili bayram keçirmədi. Hacı Həsənin Rəhbərlə xüsusi görüşlərdə olardı. Təbii ki, ehtiyac olanda bu görüşlərə gedirdi. Heç vaxt istəməzdi ki, Həzrət Ağanın vaxtını alsın. Deyir o zaman Ağanın görüşünə gedərəm ki, əlimdə bir şey olsun, onu sevindirim. Hünər odur ki, mən onu öz işimlə sevindirə bilim...

Həzrət Ağanın həyat yoldaşı nəql edir ki, Hacı Həsənin şəhadətə çatdığı gün ağa evə gəldi və nahar zamanı güclü partlayış səsi eşidildi. Ağa evdən çıxdı. Geri qayıdanda çox narahat idi. Nə baş verdiyini soruşdum. Dedi ki, ən əziz adımlarımdan birini itirmişəm...
Source : Nur.az.com
Comment