0
Sunday 8 November 2015 - 16:20

İmam Səccad (ə) buyurur: (seçmə hədislər

Story Code : 496417
İmam Səccad (ə) buyurur: (seçmə hədislər
İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

İmam Səccad (ə) buyurur: "Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə

təhsil ardınca gedərdilər.”

İmam Baqir (ə) buyurur: "Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.
İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”
İmam Baqir (ə) buyurur: "Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.”
İmam Səccad (ə) buyurur: “Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”
İmam Səccad (ə) buyurur: “Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”
İmam Səccad (ə) buyurur: “Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.”
İmam Səccad ‎(əleyhissalam) buyurur: “Bütün yaxşılıqlar camaatın əlində (ixtiyarında) olan şeylərə tamahı kəsməkdədir.” ‎
İmam Səccad ‎(əleyhissalam) buyurur: “(Həddindən) artıq nəsihət etmək bədbinliyə səbəb olur”.‎
Source : Deyerler
Comment