0
Saturday 1 September 2018 - 20:14

Saytlar uşaq bağçalarındakı zorakılıqdan yazan tarixdə Fazil saytında bu haqda heç nə yazmayıb

Story Code : 747683
Saytlar uşaq bağçalarındakı zorakılıqdan yazan tarixdə Fazil saytında bu haqda heç nə yazmayıb
Fazil Qəzənfəroğlunun bir dənə saytı var. Ən çox oxunsa oxunsa paylaşdığı ...-püsür 50-60 nəfər tərəfindən oxunur. Əlbəttə "nəfər" deyəndə ki, 50 dəfə oxunur, onun da Allah bilir elə 45 dəfəsini özü oxuyur. Mən hər dəfə əsəbləşəndə onun saytına daxil oluram, sırf Fazilin mürdəşir yumuş mütrüf sifətini görmək üçün. Əlbəttə bu murdar simanı görmək üçün gözüm atmır. Sadəcə adam əsəbləşəndə bəzən hirsini cilovlaya bilmir. Təhqiramiz sözlər deməli olanda Fazilin fotodan hırıldayan sifətinə deyirəm. Təbii ki, "şərəfsiz", "alçaq", "tfu sənin cəmdəyinə" və başqa bu kimi sözlər bu sözlərə layiq olmayanlara deyiləndə təhqir hesab edilir. Çünki təhqir alçaltmaqdır, alçaltmaq isə yüksək insanlara nalayiq sözlər nisbət verəndə olur. Qəzənfəroğlu üçün "şərəfsiz" sözü yumşaq sözdür. Adamın indiyədək şəklini zibil qutularına, tualetlərə vurublar, millət ona dişinin dibindən gələn sözləri deyir. Bütün bunlara o layiq olduğu üçün təhqir hesab edilmir.

Axı başqa cür də olmur. Durub "vətənpər" desən, Qarabağ əlillərinin üzünə baxa bilməzsən, "dindar" desən, dindarlardan ayıbdır, "qəhrəman" desən Mübariz İbrahimovun sümükləri qəbirdə sızıldar. Konkret olaraq adama ad tapmaq olmur. Ona görə də elə alçaq sözlərdən demək münasibdir.

Saytı barədə deyirdim axı. Deməli saytındakı ürəkbulandıran yazılara (statuslara) 50-60 dəfə baxış edilir. Adamın millət vəkili olmadığı ortadadır. Çünki bunun heç olmasa min nəfər seçicisi olsaydı onun beş yüz nəfəri saytına daxil olub öz deputatının nə düşündüyünü öyrənərdi. Bu da bir yana, adamın bir dənə öz seçicisi ilə bağlı yazısına rast gəlmək olmur.

Bir sözü deyim, deməli axırıncı prezident seçkisi şoularında demək olar düz-əməlli söz danışan bir nəfər Sərdar Cəlaloğlu idi. O da təbii ki, namizədlər arasında ən az səs "yığıb", siyahinin ən axırında "qərar tutacağını" gözəl bilirdi. Ora çıxmasının səbəbi isə rayonlarda olduğu zaman seçicilərinin problemlərini efirdə işıqlandırmaq idi. Onsuz da ora seçki debatı yox, Elgizin şou verilşlərindən biri idi. Orda hıqqıldanıb duranlar da Əli Mirəliyev tipli şoumenlər idi.

Sərdar Cəlaloğlu isə heç olmasa ona ayrılmış on dəqiqəni fürsət bilib öz seçicilərinin acınacaqlı vəziyyətini canlı efirdə işıqlandırırdı. Fazil Qəzənfəroğluya gəldikdə isə öz üfunətli saytında bir məqaləsində belə seçicilərinin dərdindən yazmır. Hələ durub Sərdar bəyi "Xomeyninin törtöküntüsü" adlandırır. Əgər xalqının qeydinə qalmaq "Xomeyni törtöküntüsü" olmaqdırsa Allah İmam Xomeyniyə rəhmət eləsin.

Bir neçə saatımı bu işə sərf edib internetdə axtarış verdim. Buna görə ki, Qəzənfəroğlu məhərrəm ayı ərəfəsində yenə deyib ki, bəs Aşura günü uşaqları zorakılığa (sinə vurmağa) məruz qoyurlar, bu yolverilməzdir. Mən də təmbəllik eləməyib internetdə axtarış verib ölkəmizdəki uşaq bağçalarında olan zorakılıqlar barədə dərc edilən xəbərləri tapdım. Sonra onların dərc edilmə tarixlərinə nəzər saldım. Ondan sonra Qəzənfəroğlunun üfunətli saytındakı xəbər (məqalə) lentinin başlıqlarının üzərindəki tarixə baxdım. Gördüm ki, Aşura günü (şüvən arvadlar kimi) səsini başına atan, özünü "cıran" bu məxluq heç bir dəfə də olsun bu vəhşiliklər barədə mırıldanmayıb. Bunu bilmək çox çətin deyil. Siz də internetdə bu haqda axtarış verib mən deyənin düzgün olduğunu görə bilərsiniz. Adamın "müdafiə etdiyi" uşaqlar ancaq şiə balalarıdır. Atalarını "siyğədən doğulmaqda" ittiham edir, güya balalarının qayğısına qalır. Əslində isə Fətullah Gülənin mənəvi balası olan bu ifritə əxlaqsız arvad təsiri bağışlayan simasız, bivec məxluq açıq-aşkar şiə ilə düşmənçilik edir.

Bütün bunlardan sonra adama deməyə söz tapmırsan, "tfu sənin murdar cəmdəyinə" deməkdən başqa.
Source : Nur-az.com
Comment