1
Thursday 22 August 2019 - 12:52

Salam olsun İbrahimə - 1

Story Code : 812043
Şəhid İbrahim Hadi
Şəhid İbrahim Hadi
Yaralanıb evdə müalicə aldığı dövrdə hər gün yemək hazırlayır və ziyarətə gələnləri süfrəyə dəvət edirdi. O bu işdən hədsiz həzz alır, dostlarına deyirdi: "Biz vasitəçiyik. Bu, sizin ruzinizdir. Möminlərin ruzisi bərəkətlidir".
Əzadarlıqda və dini məclislərdə də belə idi. Ev sahibinin ehsan verməyə çətinlik çəkdiyini görəndə heç bir söz demədən bütün qonaqlara xörək təşkil edirdi. O deyirdi: "İmam Hüseyn (ə) məclisi hər cəhətdən gözəl olmalıdır".
Cümə axşamları Bəsicin proqramından sonra uşaqlara şam yeməyi hazırlayırdı. Yeməkdən sonra kollektiv şəkildə həzrət Əbdüləzimin ziyarətinə və ya Behişti-Zəhra (ə) məzarlığına gedirdik. Bəsic və heyət uşaqları o dövrü heç vaxt unutmazlar. Hərçənd o gözəl və unudulmaz dövr çox sürmədi.
Bir dəfə İbrahimə dedim: "Dadaş, bu qədər pulu haradan gətirirsən? Məktəbdən ayda 2000 tümən maaş alırsan, amma dəfələrlə artığını digərlərinə xərcləyirsən".
Üzümə baxıb dedi: "Ruzini yetirən Allahdır. Mən bu işlərdə yalnız vasitəçiyəm. Mən Allahdan istəmişəm ki, cibim heç vaxt boş olmasın, Allah da güman etmədiyim yerdən xeyir işlərə şərait yaradır"
________________________________________
"Salam olsun İbrahimə" kitabından


https://t.me/Shahadat_yolu
Tagged
şəhid
Comment