0
Saturday 6 August 2011 - 16:35

Müqəddəs məkan

Story Code : 89826
Müqəddəs məkan
Müqəddəs məkan
Islam times.org/az/ - İslam mərkəzi sayılan Qum şəhərinə daxil olarkən bir rahatlıq, bir arxayınlıq tapırsan. İslam yaşayır deyə ruhlanırsan və nəinki elm ocaqlarında , hər məkanda gözəl dinimizin qanunlarının icra olunduğunu görəndə fərəhlənirsən. İnsanların müqəddəs məkanlara münasibətləri , ehtiramları , məsçidlərə qarşı həssaslıqları şəhərdə gözəl abı hava yaradır. Məsçidlərdən gələn Azan səsi qəlbin dərinliklərində yatan arzuları oyadır.

Qumdakı əhəmiyyətli müqəddəs məkanlardan ən çox diqqəti çəkən Cəmkəran məscidi oldu. Başqa məsçidlərdən fərqli bir məsçid. Amma necə fərqli olmağının şahidi olmaq da çox maraqlıdır. Məsçidin həyətinə daxil olduqda insan özünü başqa bir aləmdə hiss edir. İnsan axınına qarışıb, sanki harasa axıb gedirsən. Bu qədər çoxluğun içərisində elə bil kimsə bir -birin görmür, hiss etmir. Yalnız görmək istədiklərini axtarırlar. O görmək istədikləri müsəlmanların ümidi , xilsakarı Həzrəti İmam Zamandır ki, onun həsrətini çəkən intizarlı gözlər O Həzrətin sorağında məsçidə toplaşar dualar edər , dilək dilər, şəfa istərlər. Həzrəti Mehdinin (ə) gəlişini burda arzularlar.

İranın Qum şəhərindəki Cəmkaran məsçidi təqribən min il əvvəl, 393 h.q. tarixində Həzrəti İmam Zamanın (ə) əmri üzrə inşa olunmuşdur . Cəmkəran kəndində yaşayan Həsəni Müslim adlı bir kişi məsçidin yaradılmasını belə nəql edib. “ Ramazan ayının 17-si gecə evimdə yatmışdım. Bir neçə nəfər adam gəlib məni yuxudan oyatdılar və çox ehtiramla mənə dedilər ki, qalx səni Həzrəti Mehdi (ə) çağırır. Məni apardıqları yerdə indi məsçiddir. Bir bəzədilmiş taxt gördüm və bir nəfər 30-35 yaşlarında olan nurani şəxs bu taxtda əyləşmişdi. Bir nəfər ağ saqqallı kişidə Quran oxuyurdu.

Dedilər: O şəxs
i, taxtda əyləşib İmam Zaman, bu ağ saqqallı kişidə Xızr peyğəmbərdir. İmam məni öz adımla çağırdı və yanında əyləşmək üçün yer göstərdi.
İmam mənə buyurdular ki: "Get Həsəni Müslimə söylə: Bu yer müqəddəs bir məkandır. Allah Təala bu məkanı seçmişdir. Amma sənə aid olmayan bu yeri öz tarlalarına əlavə etmisən və Allah bunun cəzasını sənə göstərib. Bu yerdə hər nə tikirsən uçur, hər nə əkirsən xarab olur. Davam edərsən Allahın bəlası səni yaxalayacaq. Gərək bu yerdə məsçid tikilsin”.


Mən də, Xalq bu sözə inanmayacaq. Gərək bir nişan olsun. İmam buyurdu: “Get Seyyid Əbulhəsənin yanına (Qumda böyük alimlərdəndir) de ki, bu işdə sənə kömək etsin. Xalqa söylə bu məkana hörmət göstərsinlər, onu tikib təmir etsinlər, orada dörd rükət namaz qılsınlar. Kim bu məkanda bu namazı etsə, Kəbədə namaz qılmış kimi olar..."

Sabahısı səhər getdim Seyyid Əbulhəsənin yanına gördüm o da məni gözləyir və gecədən onun yanına Həsəni Müslim adlı bir nəfərin gələcəyini dediklərini bildirdi. Olanları soruşdu və məndə hər şeyi olduğu kimi danışdım.

Həsəni Müslim və bir qrup insan, İmam (ə) ın sözünə itaət edib orada bir məscid tikdilər. Cəmkəran məscidi, hal-hazırda Həzrəti Mehdi əleyhissalamı sevən və ürəkləri o İmamın eşqiylə döyünən milyonlarla insanın ziyarət mərkəzinə çevrilib.

Xüsusilə Cümə və çərşənbə gecələri, hər tərəfdən gəlmiş minlərlə insan bu müqəddəs məsciddə səhərə qədər namaz, ibadət və duayla məşğul olurlar və istəklərinin hasil olması üçün Həzrəti Mehdi (ə)nı Allah yanında səbəb edirlər.

Bu müqəddəs məkanda ibadət və namazın çox fəziləti vardır. Orada namaz qılan, ibadət, dua və ziyarət edən kəslərin necə ümidli olduqlarının şahidi oldum.

Məsçiddən ayrılıb dönərkən son kəs geri dönüb insan izdihamına baxdım və qeyri ixtiyari olaraq, “nə yaxşı ki, müsəlmanam” dedim. İlahi , İmam Zaman (ə) zühurunu onu gözləyən , ona ehtiyacı olan müsəlmanlar xatirinə tezləşdir. Möminləri zülümkar əlindən xilas et. Bizi xilaskarımıza qovuşdur.

ISLAMTIMES - ZƏHRA
Author :
Source : islamtimes
Comment