0
Tuesday 24 January 2012 - 23:52

Avropada yeni "İnkvizisiya Əsri" başlayır

Story Code : 132837
Avropada yeni "İnkvizisiya Əsri" başlayır
Avropada yeni "İnkvizisiya Əsri" başlayır
Bu bəyanat Fransa hökumətinin erməni "soyqırımı" iddiasını inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin təsdiq edilməsinə etiraz olaraq verilib.

Bundan öncə 2011-ci ilin dekabrında Fransanın Nümayəndələr Məclisi bu qanun layihəsini təsdiq etmişdi. İndi isə Fransa Senatı onu doğrulamış oldu. Bu məsələ Türkiyədə Fransaya qarşı etiraz dalğasının böyüməsinə səbəb oldu.

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan söz azadlığının kobud şəkildə pozulması adlandırdığı məsələyə etiraz olaraq, bundan sonra Fransaya səfər etməyəcəyini bildirdi.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Fransa Parlamentinin bu hərəkətini "Avropada yeni İnkvizisiya Əsri"nin başlanması adlandırıb.

Türkiyə rəsmiləri Osmanlı dövründə ermənilərin genosidi məsələsinin tədricən siyasi mahiyyətə malik olduğuna inanırlar. Onlar dəfələrlə təkid ediblər ki, bu cür tarixi məsələlərin araşdırılmasını siyasətçilər deyil, tarixçilər həyata keçirməlidirlər.Bu rəsmilər həmçinin qərbin Türkiyənin siyasi rəftarını dəyişdirmək və bu ölkədən daha çox siyasi imtiyazlar almaq üçün Türkiyənin erməniləri qarşı soyqırımda ittihamlandırmasına, bu məsələdən isə rəsmi Ankaraya qarşı bir vasitə kimi istifadə edilməsi qənaətindədirlər. Qarşı tərəfdə, yəni Qərb və bəzi Avropa ölkələrində də bu fikir formalaşıb ki, Türkiyənin ermənilərin qırğını məsələsinə baxışı təəssübkeşliyə əsasən olan bir baxışıdır və Türkiyə bu məsələnin araşdırılması üçün yolları bağlayıbdır. Belə nəzərə gəlir ki, Qərb xüsusilə Fransa birinci dünya müharibəsi zamanı ermənilərin qırğınını araşdırmaq üçün Türkiyə və Ermənistan arasında iki tərəfli bir komissiyanın yaradılmasında, başqa tərəfdən isə Türkiyənin öz sərhədlərini Ermənistana açmaqda maraqlıdır. Bununla yanaşı Türkiyə daxilində də ermənilərin soyqırımı haqda mübahisələrin yaranmasına imkan yaradılması istənilir.

Belə nəzərə gəlir ki, Avropa Birliyi bu istəklərin Türkiyə tərəfindən qəbul edilməsinin bu ölkənin demokratikləşmə prosesinə doğru hərəkəti kimi qəbul edilməsinə inanır. Belə nəzərə gəlir ki, Qərb tərəfindən bu cür tələblərin irəli sürülməsi, Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsində yazılmamış şərtlərə çevrilibdir. Belə bir halda şübhə yoxdur ki, Fransanın ermənilərin soyqırımını inkar edənlərin cəzalandırılması üzrə qanun layihəsinin qəbul edilməsi haqdakı son qərarı ,habelə Türkiyənin xəbərdarlıqları və hədələri bu ölkənin Avropa Birliyə qoşulması yolunda daha çətin vəziyyət yarada bilər. Həmçinin Fransa tərəfindən bu hərəkətin həyata keçirilməsinin "dominosayağı" başqa Qərb ölkələrinə də sirayət etməsi ehtimalı da vardır. Bu məsələ isə Türkiyənin nigarançılıqları və başağrılarının bir hissəsini əsaslandıra bilər.
Source : irib
Comment