0
Wednesday 1 February 2012 - 00:31

Tehran Reaktoru yerli yanacaqla təmin olunur

Story Code : 134576
Tehran Reaktoru yerli yanacaqla təmin olunur
Tehran Reaktoru yerli yanacaqla təmin olunur
İranın xarici işlər naziri Əli Əkbər Salehi Efiopiyada Afrika Birliyinə üzv ölkələrin dövlət başçılarının samiti kənarında jurnalistlərin suallarını cavablandırarkən , İranın nüvə aləmində yeni nailiyyətlər qazanmasına toxunaraq deyib : Tehran Reaktoru yerli mütəxəssislərin hazırladığı yanacaqla öz fəaliyyətini davam etdirəcəkdir.

Tehran Tədqiqat Reaktoru tibbi tədqiqat mərkəzi olaraq 20 faiz həddində zənginləşdirilmiş nüvə yanacağı ilə işləyir. Bu reaktorun fəaliyyətinə İslam İnqilabının qələbəsindən öncə start verilib.

Xərçəng xəstəliyindən əziyyət çəkən insanların müalicəsi və bu növ xəstəliklərə diaqnoz qoyulması sözügedən mərkəzin fəaliyyətləri sırasındadır.

Bu stansiyanın yanacağı keçmişdə xaricdən təmin olunurmuş , 2010-cu il may ayında isə Tehranda İran , Braziliya və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanan bəyanata əsasən yanacağın mübadilə yolu ilə təmin edilməsi təklif olundu.

Tehran bəyannaməsində qeyd olunmuşdu ki , ABŞ , Rusiya və Fransadan ibarət Vyana qrupu İrandan 3 faiz həddində zənginləşdirilmiş uranı təhvil alıb əvəzində Tehran Reaktoruna 20 faizlik yanacaq verəcəklər. Lakin 6-lar qrupunun israrı ilə uranın İranda zənginləşdirilməsinə problem yaradıldı və hər cür anlaşmanın qarşısı alındı.

Bu arada Amerika və Qərb sanksiya bəhanəsi ilə Tehran Tədqiqat Reaktorunu yanacaqla təmin etməkdən boyun qaçırdılar , və İranın Atom Enerjisi Təşkilatı yanacağın yerli imkanlar əsasında hazırlanacağını vəd etdi.

Beləliklə də Fordo saytında zənginləşdirmə işinə başlanıldı və mövcud sentrifuqalar vasitəsilə 20 faizlik uran istehsalına təşəbbüs göstərildi.

Əlbəttə bütün fəaliyyətlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçirildi.

Hazırda İranın nüvə yanacağı istehsalı sahəsində əldə etdiyi müvəffəqiyyət bütün dünyanı heyrətdə qoyub.

İran Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin üzvü və NPT müqaviləsini imzalayan ölkələrdən biridir. Bu baxımdan İranın nüvə yanacağı istehsal etməsi onun nüvə aləmində yeni nailiyyətə imza atması deməkdir. Nüvə Silahlarının Yayılmaması Sazişi də buna imkan verir.

Müşahidəçilərin fikrincə , bu nailiyyət İranın elmi inkişafında mühüm bir mərhələ hesab olunur və 6-lar qrupu ilə iclasa da təsir göstərəcək.

Belə bir şəraitdə İrana xox gəlmək və ya ona qarşı əsassız ittihamlar irəli sürməyə başlayıblar. Lakin İİR Qərbin siyasi –iqtisadı təzyiqlərinə məhəl qoymadan özünün sülhməramlı nüvə fəaliyyətlərini davam etdirəcək.

İran hazırda BMT Təhlükəsizlik Şurasının və Amerikanın birtərəfli sanksiyalarına rəğmən nüvə yanacağının istehsal texnologiyasını əldə dib və öz öhdəliklərini yerinə yetirməklə bərabər nüvə hüququndan da vaz keçmək fikrində deyil.

Müəllif : C.Əminzadə
Source : irib
Comment