0
Wednesday 9 May 2012 - 16:37

Israilin son ümidi

Story Code : 160387
Israilin son ümidi
Israilin son ümidi
Islam times.org/az - Sionist rejiminin son təhlili belə qiymətləndirilir ki, Ali Səud Ərəbistanın qapısı İrana qarşı son müdafiə xəttidir. Həmçinin İranın tərəqqi və inkişaf etməsinin sonu sayaraq bildirmişdir ki: Demək olar ki, Səudiyyə Ərəbistanı İranın tərəqqisinə mane olan son cəbhədir.

İslamtimesın məlumatına görə, regionda və Sionist rejimin müttəfiqlərinin bu rejimdə vəziyyətinin təhlilinin yeni hesabatı, Təl-Əviv Universitetindən imzalanıb.

Həmin rejimin mətbuatda dərc etdirdiyi məruzədə deyilir ki: İsrailin fəal olduğu strateji mühit son zamanlarda sarsılmışdır. Qismən də olsa, İsrail siyasətlərinin istinad etdiyi bu böyük günəşin hissələrinin aradan getməsi təhlükəsi vardır.

Buna bariz bir nümunə, ərəb dünyasında aktyorların yoxluğu və ya azalması, bununla da Səudiyyə Ərəbistanın İranın inkişafına qarşı çıxan və onu dayandırmağa çalışan sonuncu amil olmasıdır.

Ərəbin mətbuat xəbər agentliyi bu məruzəni söyləməklə sitat gətirmişdir ki: İranı dayandırmaq üçün Səudiyyə Ərəbistanının mübarizəsi Yəməndən başlayaraq İraqi, Misri ta Livana qədər bütün yerləri öz üzərinə götürmüşdür.

Bu mübarizənin təbiətini dəyişən onun son taleyi, Ərəbistanın Bəh
eynə qarşı olan qeyri-adı və bir başa müdaxiləsi idi. Bu üzdən, Ərəbistan krallığının qalmasının əhəmiyyətli olması zəruriliyi başa düşülsün. Çünki, əgər Ali Səud xanidanı Ərəbistanda süqut edərsə, İranın qarşısında ərəbin digər davamlı üzvlərinin süqutu özünü biruzə verəcəkdir.

Bu, “Son döyüşə hazırlıq; Ali Səudun yaşaması üçün mübarizə” adı altında hazırlanmış bir Sionist xəbəridir ki belə əlavə edir: İsrail və Səudiyyə Ərəbistanı çalışırlar ki, (regionda) baş verən güvənsizliyə mane olsunlar. Bu üzdən başqa daha təsiri olan İordaniya və (Ərəb) ölkələri, (Fars) körfəzi bu baxımdan eyni addımdadırlar.

Səudiyyə Ərəbistanı şahiddir ki, öz mühüm tərəfdaşlarını cəbhədə əldən verəcəkdir. Hüsnü Mübarək hakimiyyətdən yıxıldı və Misrin gələcəyi aydın deyildir. Bu yeni vəziyyət, Ərəbistanın startegiyasını dəyişməsinə səbəb oldu. Buna görə də açıq şəkildə Bəhreynə girdi ki, İranın Dəməşqdəki birliyini zəiflətsin.

Bu hesabatda belə söylənilir ki: Ali Səud son dərəcədə öz dostu İsrailin müdafiəsi üç&u
ml;n İranın qarşısında durmaq, onun qüdrətini və nüfuzunu aradan qaldırmaq istəyən ən orijinal və qatil düşmən döyüşçüdür. Səudiyyə hakim xanidanın səyləri bunu göstərir ki, Misirdə milyardlarla dollar sərmayə qoymaqla yanaşı silahdan və neftdən istifadə edərək daxili münaqişələrin, Hindistan və Pakistan kanalları üzərində olan münaqişələri, sonra CSS-nin genişləndirilməsi və bu təşkilatın Fars körfəzində İrana qarşı NATO kimi bir təşkilata çevirmək məqsədi və s.. İranın tərəqqi və inkişafını dayandırmaqdan ötrü planlaşdırılmışdır.

Verilən hesabatda həmçinin deyilir ki: Ali Səud xanidanının hakimiyyət sütunlarının laxlaması İranın qüdrət sahibi olmasına səbəb ola bilər. Bununla da nəticədə İran tanınan bu regional sistemi (İsrail ilə ərəb kompromisi) devirəcəkdir. Ali Səud sülaləsindən ibarət olan yeni nəsilin qüdrətə yetişməsi strateji narahatçılıq yaradır.

Bu səbəbə görə də, Ali Səud Ərəbistanda çox mühümdür. İki dövlətin (Səudi və Sionist) strateji xəritəyə (regiona) baxışı eynidir və paralel starteji yollarda da hərəkət edirlər. Belə ki, onlar arasında həmin sahənin genişlənməsi üçün dialoq gedir.

Ərəb Mediasi yazır ki; Bu hesabatda çalışmışlar ki, İsrailə Ali Səudun qalmasının nəqədər önəmli və əhəmiyyətli olduğunu aydınlaşdırsınlar. Ali Səud İsrailin hazırkı regionda kəşf etdiyi bir həqiqətdir. Ancaq hələ də İsraillə Səudiyyə Ərəbistanın arasında olan münasibətlərin təhlükəli sirləri gizli və bilinməməkdədir. Xüsusilə nəzərə almaq lazımdır ki, hər iki tərəf həqiqətləri ictimai fikirlərdən yayındırmaqda və gizlətməkdə mütəxəssisdirlər.

ISLAMTIMES - MEHDI
Source : Islamtimes
Comment