0
Saturday 3 November 2012 - 15:40

Gürcülər SOCAR-ın “qazını” ala biləcəkmi ?

Story Code : 208720
Gürcülər SOCAR-ın “qazını” ala biləcəkmi ?
Gürcülər SOCAR-ın “qazını” ala biləcəkmi ?
Islam times.org/az/ - Region ölkələri bir qədər əvvəl Gürcüstanda keçirilən seçkilərdən danışıb qurtardı, indi isə parlament seçkilərində qələbə qazanmış Bidzina İvanişvili və komandası danışır, onlar Gürcüstanda xalqa vəd etdikləri bəzi məsələləri qaldırmaqla həllinə çalışır.

Belə məsələlərdən biri də energetika sahəsində tariflərin tənzimlənməsi və bu sahədəki iqtisadi əməkdaşlığa yenidən baxılmasıdır. Kvirikaşvili daha qabağa gedərək bəyan edib ki, son 5 ildə qaz təchizatında qurulan münasibətlərdə sadə gürcülərin bir istehlakçı kimi hüquqları pozulub, burda isə heç sözsüz daş SOCAR-ın bostanına düşür.

Mən deyə bilmərəm, İvanişvili vədinə əməl edə biləcək ya yox, ancaq onun planlarına qalsa Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda proqnozlaşdırdığı mənfəəti çətin götürsün.

SOCAR həm də İtera Georgia şirkətinin sahibidir, bu şirkət isə Azərbaycandan idxal olunan təbii qazın Gürcüstanda əhaliyə satışını həyata keçirir.

Bir neçə il əvvəl bağlanmış müqavilələrdə Azərbaycan tərəfi Gürcüstana çox güzəştlər etdi, bu özünü ölkədə həm energetika infrastrukturunun qurulmasına qoyulan yatırımlardan tutmuş ta neft və qaz məhsullarının ixracatında güzəştli şərtlərə qədər.

Əlbəttə burda siyasi məqamlar kifayət qədərdir, ancaq nəticədə investisiya yatırımları baş verib. İvanişvili hökumətinin bəyanatları SOCAR prezidenti Rövnəq Abdullayevi qıcıqlandırmaya bilməzdi.

Yeni formalaşan gürcü hökuməti bir neçə gündür SOCAR-ın bu ölkədəki şirkətlərində yoxlamalar apararaq müəyyən qüsurlar aşkarladıqlarını da bəyan ediblər.

Qüsurların olması təəcüblü deyildi, ancaq sual olunan budur ki, SOCAR-ı qarşısına alan İvanişvili nəyə nail olmaq istyir ? Bəlkə ölkənin energetika sahəində Rusiyanın da şirkətləri üçün meydan açır? belə bir ehtimalı hələ seçkidən əvvəl də proqnozlaşdırılırdı, ancaq digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Azərbaycan SOCAR-ın timsalında Gürcüstanın pis günündə bu ölkəyə dəstək verdi və bunu Saakaşvili də bir neçə dəfə bəyan edib.

Bu gün mətbuata açıqlama verən SOCAR prezidenti Rövnəq Abdullayev çox arxayın göründü, o qədər arxayın göründü ki, İvanişvilinin seçki eyfariyasında olduğunu açıq mətnlə dedi.

Rövnəq Abdullayev nəyə güvənir? Bəlkə elə hesab edir ki, İvanişvilinin SOCAR-dan başqa alternativi yoxdur? Bunu düşünmək olardı əgər Cənubi Osetiya Rusiyadan aslı olmasaydı. Yaxın bir ildə ən azı SOCAR-ın perspektivdə planlaşdırdığı layihələrin həyata keçiriləcəyini proqnozlaşdırmaq olar ancaq daha sonrakı müddətdə artıq istə istəməz Rusiya neft şirkətləri ilə bazarı bölmək məcburiyyətində qalacağını da indidən görmək olur.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment