0
Monday 26 November 2012 - 16:53

Amerikalıya olar, rusa olmaz

Story Code : 215362
Amerikalıya olar, rusa olmaz
Amerikalıya olar, rusa olmaz
www.Islam times.org/az/ - İki həftə əvvəl Azərbaycan mediasında daha bir mövzu gərgin müzakirələrə yol açdı və onu da siz deyim ki, bu mövzu ilə yanaşı Elşad Abdullayevin növbəti kaset qalmaqalının geniş ictimaiyyətə təqdimetməsi həmyaşıd olar, mediada bir iki mövzunun gərgin müzakirəsi davam edərkən ortalığa Fələstin mövzusu gəldi və digərlərini bir qədər kölgədə qoydu, aradan aparmadı, sonra Fələstin mövzusu sülh sazişi ilə sönən kimi yenə digər müzakirələrə geniş meydan verildi. Bu gün onlardan birnə şərh verməliyəm.

Söhbət səfirlərin fəaliyyətindən gedir. Diplomatik münasibətlərdə qəbul olunmuş protokoldan dəqiq xəbərim olmasa da onu dəqiq bilirəm ki, hər bir səfirin digər işlərlə yanşı fəaliyyəti həm də diplomatik xidmət apardığı ölkə, əhali, cəmiyyət, bu ölkədə olan qurum və təşkilatlarla tanış olub, məqsədəuyğun, daha doğrusu ölkəsinin mənafeyinə uyğun olanı ilə münasibətlər qurmalıdır.

Yəni səfir belə işlər görəndə öz vəzifəsini yerinə yetirir, tabe olduğu qurumdan və fəaliyyət göstərdiyi ölkənin XİN-dən başqa kimsə ona “sən burda nə işlə məşğulsan” deyə bir şey soruşa bilməz.

Hər yerdə olduğu kimi Azərbaycanda da zəif ölkələrin səfirləri ictimaiyyətlə əlaqə istiqamətində vəzifələrinə aid olan işlərin heç 3 faizini də görmür. Azərbaycanın siyasət və beynəlxalq münasibətlər sahəsində çalışan ən məlumatlı jurnalisti belə 5 səfirin adını çəkə bilməz, çünki az sayda səfirdən başqa digər ölkələrin səfirləri həmin 3 faizlik iş görənlərdir, baxmayaraq ki, onlarla ölkəmizdə səfir var.

Azərbaycanda ən çox cəmiyyətə açıq olan, ictimai, siyasi, iqtisadi, mədəni, humanitar instituların nümayəndələri ilə görüşən, fəal diplomatik münasibətlər quran, şəxsiyyətindən asılı olmayaraq səfir ABŞ səfiridir.

Digər səfirlər haqqında eyni sözü deyəcək adam tanımıram, ABŞ səfirlərinin bu cür fəallığı ilə heç bir səfir müqayisə olunmur, cəmiyyət də buna vərdiş edib və artıq bu hal ənənəyə çevrilib. Hətta onu da deyə bilərəm ki, əliyev rejiminin antidemokratik bir addımları ilə bağlı həm media həm də siyasətçilər gözlərini dikir ABŞ səfirliyinə ki, görəsən amerikalılar buna necə reaksiya verəcək.

Riçard Morningstarın təyinatı zamanı həm müxalifət həm də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri əvvəl narahat olmağa başladılar və dedilər ki, ABŞ bu dəfə Azərbaycanda demokratik inkişafı kənara qoyub enerji maraqlarını müdafiə edəcək, çünki Morninqstar nə qədər tanınmış bir diplomat olsa da diplomatik dəhlizlərdə onun ləqəbi “neft səfiri” idi, ancaq hətta o belə səfirliyin ənənəsini pozmadı və Bakıya gəldiyi zamandan bəri bir sıra tədbirlərlə yanaşı 3 dəfə müxalifət təmsilçiləri ilə ictimaiyyət üçün qapalı görüşlər keçirib.

Diqqət edin, müxalifətlə ancaq qapalı görüş. Belə görüşü ABŞ səfirindən başqa kimsə edib bu 22 ildə? Noyabrın 15-də Rusiyanın Azərbaycandakı səfiri Vldimir Doroxin Zaqatala rayonunda rayon icra hakimiyyətinin başçıs Əhmədzadə ilə görüşüb və sonra orta məktəbdə rus dilinin tədrisi ilə maraqlanıb. Bu o qədər sönük və adi bir görüşdü ki, heç xəbər lentlərində də düz əməlli yer ala bilmədi. Ancaq, bu hadisədən əliyev rejminin amerikapərəst qüvvələri və müxalifət mətbuatı elə böyük bir qondarma hadisə düzəltdilər ki, az qala milləti küçəyə çıxarıb Doroxinin Ölkədən getməsini tələbilə aksiya keçirsinlər.

Doroxinin görüşünə qoymağa ad qalmadı, Sadvalın bərpa olunmasından tutmuş ta dövləti devirəcək planlara qədər palaz palaz yazılar çap etdirib hay küy qopardılar, böyük bir isterika yaratdılr və bu qalmaqal hələ də davam etməkdəir. Fərqi görürsünüzmü?

Doroxin bəlkə də ilk dəfədr ki, səfirliyin binasından çıxıb hansısa rayonda rəsmilərlə görüşür aləm bir birinə qarışır, ancaq Morninqstar Bakıya gəldiyi qısa müddətdə artıq 3 dəfə müxalifətlə özü də qapalı görüş keçirdib.

İndi sual olunur: Bu səfirlərin hansının hərəkətində ən azı məntiqlə hakimiyyət dəyişikliyinin izi görünür? Ancaq bu planda Rusiyanın özündə daha çox günah var. Ona görə ki, rus səfirləri də amerikalı həmkarları qədər toxunulmaz və səlahiyyətlidirlər, onlara kim deyir ki, əlinizi qolunuzu sallayıb oturun kabinetinizdə, çölə bayıra çıxmayın, heç kimlə görüşməyin?

Rus səfirləri özləri maraq göstərmir, fəal olmur on ildə adi bir görüşdə keçirində belə isterika yaranır. Ancaq ABŞ səfirləri o qədər tez tez görüşüb çıxış edirlər ki, birdən soyuqdəymədən xəstələnib ictimaiyyət arasında görünməyəndə hamıda sual yaranır ki, bu səfir niyə susur, hardadır? Sonra da cəmiyyətdə belə fikir formlaşır ki, amerikalıya olar, rusyalıya olmaz.


İSLAMTİMES - HACI NƏCƏF
Source : İslamtimes
Comment