0
Thursday 17 January 2013 - 22:50

İranın Azərbaycandan irəli olması təbiidir

Story Code : 232182
İranın Azərbaycandan irəli olması təbiidir
İranın Azərbaycandan irəli olması təbiidir
Islam times.org/az/ - Yerli mətbuatı oxuyarkən çoxlarınızın nəzərinə çarpan bir məqam sizi düşündürüb ki, əcaba Azərbaycan mətbuatında “İranda vəziyyət Azərbaycandan yaxşıdır” kimi ifadələr manşetlərə çevrilib, axı adətən yerli mətbuat bunun əksini yazırdı, görəsən bu dəfə nə oldu belə.

Məsələ burasındadır ki, İranda bütün sahələrdə vəziyyət Azərbaycandan yaxşıdır, sadəcə olaraq yerli mətbuat bunun əksini yazmasa ona qarşı hakimiyyət tərəfindən təzyiqlər olacaq. Bu dəfə milli mətbuat beynəlxalq bir təşkilatın hesabatına əsaslandı, söhbət Gallup International təşkilatının internet istifadəsi ilə bağlı hesabatından gedir ki, həmin hesabata görə Azərbaycan ən sonuncu yerlərdən birini tutur.

Burda ən önəmli səbəb Azərbaycan ailələrinin evdə internetdən istifadəsinin ailə büdcəsi üçün əlçatmaz olmasıdır.

MDB məkanında da bu planda vəziyyət ən pis Azərbaycandadır, kasıb Ermənistanda belə əhalinin evdən nternetə çıxışı 33 faiz təşkil edirsə Azərbaycanda cəmi 15 faiz təşkil edir, İranda isə 76 faizdən çoxdur, yəni qərb ölkələrinin standartları kimi.

Bundan başqa Azərbaycanda internet istifadəçilərinin xidmətindən istifadə etdiyi internet provayderlər çox aşağı səviyyədə xidmət göstərir, tez tez xəttdə kəsilmələrin baş verməsi adi hala çevrilib və provayderlər buna görə məsuliyyətdən asanlıqla yayıla bilir.

Azərbaycanda qlobal internet xətti Deltakom şirkətinin inhisarındadır və bu şirkət istədiyi qiyməti tətbiq edə bilir. Əhaliyə xidmət göstərən provayderlər isə məsuliyyətdən ona görə kənarda qala bilir ki, onların sahibləri dövlət məmurlarıdır, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi qeyri qanuni olaraq dövlət məmurlarına məxsus bu şirkətləri tenderlərin qalibi elan edir.

Yəni internetdə digər bütün sahələr olduğu kimi tam olaraq dövlət məmurlarının inhisarındadır. Belə olduğu halda internet provayderlərin müəyyən etdiyi qiymətlərin yüksək, göstərilən xidmətinin aşağı olması şəraitində 15 faiz Azərbaycan üçün çox böyük bir rəqəmdir ki, bu topluma da əsasən cəmiyyətin fəal adamları aiddir.

İrandakı evdar xanımlardan fərqli olaraq, evdar azərbaycanlı qadın üçün internetdən istifadə xəyaldır, röyadır. Azərbaycanda da İrandakı kimi xalqı üçün çalışan dövlət olsaydı o zaman azərbaycanlılar da bütün sahələrdə və internet istifadəsində də qabaqda olardı.
Source : İslamtimes
Comment