0
Sunday 20 January 2013 - 08:04

Bu dəfə sahibkarlar etiraz etdi

Story Code : 232850
Aksiya
Aksiya
Islam times.org/az/ - Desəm ki, Azərbaycanda hər kəs hakimiyyətdən narazıdır amerika kəşf etmiş olmayacağam, prezidentsə danışında narazıları antimilli ünsür adlandırır, yanvarın 12-dən sonra keçirilən kütləvi etiraz aksiyasının ünvanı Lökbatan qəsəbəsi oldu, hadisədən sizin də məlumatınız var deyə keçim şərhə (http://www.youtube.com/watch?v=VK7TcACiaOw&feature=player_embedded).

Bu aksiya bir gündə baş verməyib, əvvəllər baş verənlərdən də xəbəriniz var.

Məsələ burasındadır ki, əliyev rejimi ölkədə istədiyi fitnəni edir və heç qüvvə də onu durdura bilmir. İş o yerə gəlib çatıb ki, rejimin dəstək ve
diyi Kəbirə Məmmədova Kalaşnikov avtomatları ilə silahlanmış dəsətsi ilə haqsızlığa qarşı mitinq edən minlərlə adamın üstünə bütün polisin gözü qabağında gedir, ancaq heç bir polis cəsarət edib soruşa bilmir ki, bu silahlı adamlar kimdir və hətta siz kimsiniz ki, belə silahlı dəstə ilə gəzirsiniz?

Bu o deməkdir ki, ölkədə əliyev rejimi indi də öz qurduğu vəhşi anarxiyasını göstərir, ancaq bir məsələ də var ki, xalqın oyanışı baş verir deyəsən, bu oyanış dalğasına müxalifət tərəfindən xəyanət olmazsa seçkiyə qədər bütün xalqı ayağa qaldırmaq olar. Binə bazarında narazı olanların hamısı bu mitinqə qatılmadı ancaq bu gedişlə gələcəkdə hökmən qatılacaqlar, nəzərdən qaçırılmamalıdır ki, azərbaycanlı üçün mal dövlət candan az şirin deyil.
Source : İslamtimes
Comment