0
Sunday 17 February 2013 - 21:02

Zahid Oruc mürtəddirmi?

Story Code : 240462
Zahid Oruc mürtəddirmi?
Zahid Oruc mürtəddirmi?
Islam times.org/az/ - Son iki gündə iki icra hakimiyyəti başçısını vəzifədən azad edən prezident İlham Əliyev məmur icmasına açıq şəkildə mesaj verdi ki, heç də onlardan aslı deyil, xalqın dəstəyini qazanmaq üçün lazım bildiyi addımları da atmaq ata bilər. Bilirsiniz niyə bilər deyirəm? ona görə ki, dəyişən icra başçıları ilə yerlərdəki mövcud problemlərin aradan qaldırılması və ya heç olmasa 20 faiz qaldırılması inandırıcı deyil, çünki bu problemlər o qədər çox və kəskindir ki, bunun üçün yerli icra hakimiyyəti başçılarının səlahiyyəti və gücü yetərsizdir.

Hökmən gərək Prezident özü köklü islahatlar aparsın, bu da ki, açığı elə də asan məsələ deyil. Ancaq bu iki icra başçılarının xalqla yaşadığı problemlər artıq geniş yayılıb, düzdür onsuz da bütün icra başçılarının hamısının xalqla problemləri çoxdur. Bununla belə prezident ağını çıxarmış başçıları vəzifədən azad edir, ötən gün Asif Məmmədov vəzifədən azad edildi.

Xatırlayırsınızsa Asif Məmmədov yeni vəzifəyə gələn zaman Şamaxıda, hamının və şəhərə gələn qonaqların da rastlaşdığı yerdə eşşək heykəli qoymaqla xalqı qəzəbləndirmişdi və yerli sakinlər bunu özlərinə qarşı bir təhqir kimi qəbul etmişdilər.

Bu arada deputat Zahid Oruc prezidentin çıxışından və qərarlarından ilhamlanıb çıxışında deyib ki, məmurlar istefaya getmək üçün Roma Papasından nümunə götürməlidirlər. Düzü müqayisə nə qədər uğurlu olub deyə bilmərəm, ancaq prinsip etibarı ilə indi belə çıxır ki, şeyx gərək Zahid Orucu da mürtəd elan etsin.
Source : Islamtimes
Comment