0
Tuesday 9 April 2013 - 00:11

Davos Formu niyə Bakıda keçirilir?

Story Code : 252689
Davos Formu niyə Bakıda keçirilir?
Davos Formu niyə Bakıda keçirilir?
Islam times.org/az/ - Bu günlərdə Bakı dünyanın diqqət mərkəzindədir, sizə qəribə gəlməsin, çünki son illər Azərbaycan bir çox beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib və bunun üçün Azərbaycan hakimiyyəti əlindən gələni də edir, gəlməyəni də.

Aprel 8-də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Davos Forumu işə başlayıb. Sözsüz ki, tədbirdə prezident İlham Əliyev də iştirak edib və bundan başqa dünyanın bir neçə ölkəsindən mühüm qonaqlar da iştirak edib.

Mətbuatdan da siz bu Forum və Bakı tədbiri haqqında xəbəriniz var, ancaq iş burasındadır ki, ekspertlər bu tədbirin nəticələri bağlı hakimiyyətin baxışlarını bölüşmür.

Davos Forumunun əsas məqsədi dünya investrolarının hökumətlərlə əlaqəsini təşkil edib qarşılıqlı maraqları naminə layihələrin reallaşmasını həyata keçirsin.

Dünyada, sivil ölkələrdə Davos Forumu bu səbəbdən çox önəmlidir, çünki hər bir ölkə daxili sərmayədən başqa həm də xarici investisiyaya çox maraqlıdır, bu sahədə asiya ölkələrinin əldə etdiyi uğurları asanlıqla görə bilirik. Ancaq iqtisadi nəzəriyyə ilə Azərbaycan iqtisadiyyatındakı ziddiyyət 180 dərəcə fərqli olduğundan istər istəməz bu Formun Bakıda keçirilməsinin Azərbaycan üçün nəticəsi barədə suallarda ekspertlər cavab verməkdə çətinlik çəkir.

Hamı bilir ki, Azərbaycanda iqtisadiyyat bir sistem kimi tam bir feodal təfəkkür tərzi əsasında formalaşıb, biznesin və iqtisadiyyatın bütün sektorları dövlət vəzifəsi tutan məmurların inhisarı altındadır, yerli sahibkarların əksəriyyəti dövlət məmurlarının qohumlarıdır, qohumu deyilsə onların nəzarəti və himayəsindədir.

Ya da azad, sərbəst, müstəqil sahibkarlıq fəaliyyəti göstərirsə, o zaman bu fəaliyyət uzun sürməyəcək, nəticədə hansısa məmurun nəfsinin qurbanı olacaq.

Xarici investorların da vəziyyəti çox fərqlənmir, onların əksəriyyəti məmurların dəstəyi olmadan təqdim etdikləri layihələri gerçəkləşdirə bilmir, ölkədə fəaliyyət göstərən xarici investorların əksəriyyəti neft sektortuna aiddir və hakimiyyətlə birgə nəfəs alır.

Son 10 il ərzində qeyri münbit biznes iqliminə görə Azərbaycanı tərk edən xarici investorların sayı onlarladır və bu hal beynəlxalq təşkilatların hesabatlarında da əks olunub. Bütün bunlara baxanda Davos Forumunun Bakıda keçirilməsi səbəb görünmür. Burda hər tərəfin öz səbəbi var, dünya ictimaiyyətinə görə Azərbaycan cənubi qafqazda təbii sərvətlərinə və ÜDM görə gücü ilə seçilən ölkədir, həm də orta asiyaya açılan qapıdır.

Hakimiyyət üçün isə bu növbəti bir PR kampaniyadır, bilirsiniz ki, əliyev rejimi üçün dünya arenasında PR olunma çox önəmlidir, bununla hakimiyyət dünyaya göstərir ki, sivil dünya ilə birlikdədir, onlar kimidir, dünyanın siyasi iqtisadi sisteminə inteqrasiya olunur.

Onu da nəzərə alsaq ki, bu günlərdə offşor pulları haqqında beynəlxalq jurnalist araşdırması İlham Əliyevə aiddə məlumatları yayıb onda bu Form hakimiyyətin özünə təmiz imic qazanmaq üçün lazımlı ola bilər.

Hər zaman qeyd edirəm ki, hakimiyyət nə edirsə özünün iqtidarda qalması, iqtidardakı ömrünü uzatmaq üçün edir. Bu da sualın cavabıdır, Formun səbəbidir. Ona görə kimsə güman edirsə ki, Davos Forumundan sonra Azərbaycanda iqtisadiyyat, biznes inkişaf edəcək, yeni iş yerləri açılacaq və işsiz insanlar işlə təmin olunacaq, yanılır.
Source : İslamtimes
Comment