0
Wednesday 15 May 2013 - 23:20

Şeyx İranda

Story Code : 264332
Şeyx İranda
Şeyx İranda
Islam times.org/az/ - Xəbər verildiyi kimi bu günlərdə QMİ sədri Allahşükür Paşazadə İran İslam Respublikasına səfər edib. Şeyxin səfərinin təfərrüatları barədə nə özü nə də İdarəsi ictimaiyyətə heç bir məlumat verməyib, buna baxmayaraq jurnalist və ekspertlərin fikir və mülahizələri mətbuatda və sosial şəbəkələrdə yer alıb.

Təhlilçilərin fikirlərinə görə şeyxin İrana səfəri orda həbs olunmuş azərbaycanlı alim Xalidə Xalidin azadlığa buraxılmasına nail olmaqdır. Səslənən fikirlərə görə İran İslam Respublkası olduğundan və hal hazırda Azərbaycanla münasibətlərində gərginliyin mövcud olduğundan rəsmi şəxslərin xanımı azadlığa buraxması üçün göstərə biləcəkləri cəhdlər nəticə verməyə bilər.

Xüsusilə yaxın dönəmlərdə yerli və xairic mətbuatlarda rəsmi şəxslərin İranla bağlı verdiyi müsahibələrdə Azərbaycanın cənub qonşusu aşırı şəkildə alçaldılıb və həqarət olunub. Yaxın keçmişdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İranda səsləndirdiyi xoş fikirlərlə bağlı belə, həmin rəsmi şəxslər, dövlət məmurları çox sərt təpki göstərmişdilər, Ramiz Mehdiyevə gücü çatmayan adamlar da naəlac qalıb iddia edirdi ki, əslində bu fikirlər sadəcə olaraq iranlı jurnalistlərin uydurmasıdır.

Yəni Azərbaycanda dövlətdə təmsil olunan rəsmi şəxslər bilir ki, xanım alimi azad etmək üçün İrana gedər
ərsə nəticə olmaz. Buna görə şeyxi yollayıblar. Allahşükür Paşazadə haqqında cəmiyyətdə yaranan fikirlər əsasən biznes bağlı olsa da, belə bir rəy də var ki, şeyxin İranda çox böyük ünfuzu var, Ayətullah seyyid Əli Xamneyinin də şeyxə böyük hörməti var, dini rəhbərin isə ölkəsində səlahiyyətləri geniş olduğundan ola bilər ki, xanım alimin sərbəst buraxılması üçün tədbir görsün.

Bu barədə mülahizə yürüdənlər çox arxayın danışırlar, sanki Şeyxin İranda aça bilmədiyi qapı yoxdur. Ancaq məncə jurnalistlərimiz məsələni, daha doğrusu şeyxin nüfuzunu şişirdir, düzdü istəməyənə nə olsun, ancaq necə ola bilər ki, böyük dövlətlərin İrana təsir edə bilmədiyi halda şeyxin təsiri olsun?

Yox əgər söhbət müsəlmançılıqdan, möminçilikdən gedirsə, onda hacı Mövsüm Səmədovun, digər hicab məhbuslarının hörməti nə üçün yoxdur? Onlar nə üçün həbsdədir? Bəlkə iki yüzə yaxın hicab məhbusunun imanında və dinində problem var? Bunu yaradan səbəb-hicab nə üçün qadağan olunur?

Bu da ola bilər ki, İranda şeyxlə danışıqlar zamanı elə hicab məsələsinə və məhbus dindarların taleyi ilə bağlı da mövzulara toxunulsun və heç qəti şəkildə şübhə etmirəm ki, belə bir situasiya ilə qarşılaşan şeyx desin ki, Azərbaycanda möminləri həbsdən çıxaracaq qədər nüfuza və izzətə malik deyil. Elə bundan sonra da şeyxə deyə bilərlər ki, onda burda ümumiyyətlə heç bir nüfuza malik deyilsən və beləliklə də şeyx əliboş qayıdar.
Source : Islamtimes
Comment