0
Monday 1 July 2013 - 23:50

Dindarlar namizədlərini müdafiə edə biləcəklərmi?

Story Code : 278690
Dindarlar namizədlərini müdafiə edə biləcəklərmi?
Dindarlar namizədlərini müdafiə edə biləcəklərmi?
Islam times.org/az/ - İyulun 1-də Azərbaycan İslam Partiyası hicab məhbusu, doktor Mövsüm Səmədovun prezidentliyə namizədliyini irəli sürüb. Elə bu xəbərlə paralel o məlumat da yayıldı ki, hacı Mövsüm cəzaçəkmə müəssisəsində karsa salınıb.

Penitensiar xidmət yayılan xəbərlə əlaqədar hələlik heç bir reaksiya verməyib, məhbus dindarın vəkili isə xidmətdən hər hansı bir xəbərin almadığını bildirir. İctimai müzakirələr də isə Mövsüm Səmədovun karsa salınmasının səbəbini sədri olduğu partiyanın qərarı ilə əlaqədar olduğu barədə fikirlər səsləndirilir.

İslam partiyasının belə bir qərarı olacağı barədə bir ötən ay partiya sədrinin əvəzi Elşən Manafov anons etmişdi. O zaman bu məsələilə bağlı geniş ictimai müzakirələr keçirilmədi, indi partiya sədrinin namizədliyinin irəli sürülməsi müzakirələrin keçirilməsini labüdləşdirdi.

Münasibətlər birmənalı deyil, bunun da səbəbləri var. Cəmiyyətin dindar kəsimi Partiyanın bu qərarını əlbəttə xoş qarşılayacaq, imza toplama kampaniyasını da məncə uğurla həyata keçirəcək, tələb olunan imza sayını da başa vuracaq, ancaq hakimiyyət Mövsüm Səmədovu namizəd kimi qeydiyata alacağına bir çoxları kimi mən də şübhə edirəm.

Bu şübhə ilə bağlı dindar kəsimə fikir bildiriləndə onlar bir qədər narazılıqla qəbul edirlər, dindarlara elə gəlir ki, hakimiyyət İslamla və dindarlarla düşmənçilik etmir, Mövüsümü də həbsə sadəcə olaraq siyasətçilərin həbsinin dəbdə olması xətrinə salıb. Ancaq digər zamanlarda və başqa yerlərdə dindar kəsimin təmsilçiləri elə özləri iddia edir ki, hakimiyyət dindarlarla düşmənçilik edir. Bu cür təzad nədən irəli gəlir?

Birincisi ona görə ki, möminlərimiz bir addım atan zaman yalnız şəri tərəfi nəzərə alır, reallığı, ölkənin vəziyyətini, dünyanın ölkəyə münasibətini və ən əsası hakimiyyətin xüsusiyyətini nəzərə almır, ən azı dünyəvi siyasətçilər kimi nəzərə almır. İkincisi burda bir adəti yanaşma tərzi də var, azərbaycanlı dindarlar hər nəfəsində təvəssül edir, əlbəttə bu çox yaxşı bir xüsusiyyətdir, bu şəri baxımdan da çox vacibdir, ancaq məncə gərək reallığı da nəzərə alasan, təvəssül etməklə yanaşı real vəziyyəti nəzərə alıb mübarizəni də davam etmək lazımdır.

Mövsüm Səmədovun namizədliyinin irəli sürülməsinin heç bir faydası olmayacağını iddia edən ekspertlər deyəndə ki, bu hakimiyyət heç zaman hacını seçkiyə buraxmaz haqlıdırlar, ancaq bununla belə onlar unudur ki, hakimiyyət onun üçün real alternativ olan, iqtidarın hakimiyyətdən getməsini şərtləndirən dünyəvi istənilən namizədi də seçkiyə buraxmayacaq, onlar imzaları toplasa da bu cür namizədi seçkiyə buraxmaz. Həttə ola bilər hakimiyyət cəmiyyətdə heç bir nüfuzu olmayan, tanınmayan və ya xalqın simpatiyasını qazanmayan şəxslərin namizədliyini rəsmiləşdirsin, bu elə namizəd olacaq ki, onun rolu seçkidə qalib gəlmək yox, hakimiyyətə uduzmaq olacaq. Yəni Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev kimi hakimiyyətə xidmət edən köpəyi prezidentliyə namizəd edib sonra da seçkidə uduzduracaqlar, bu adamın seçkidə yığdığı səsi də elə hakimiyyət özü təşkil edir, necə ki, bunu YAP üçün edir.

Ona görə Mövsüm Səmədovun da namizədliyinin qeydə alınmamasında təəcüblü bir şey olmayacaq. Ancaq burda önəmli olan başqa bir məsələ budur ki, Mövsüm Səmədovun namizədliyinin qeydə alınmaması təqdirdə dindarlar mütləq gərək özlərini elə aparsınlar ki, onun avtoritetinə xələl gəlməsin, bu çox vacib və önəmlidir.

Əgər İslam Partiyası bunu edə biləcəksə, sədrlərinin müdafisəini layiqincə həyata keçirə biləcəklərsə, o zaman hacının namizədliyi mübarək olsun, uğurlu olsun, yox, edə bilməyəcəklərsə, onda bu Mövsüm Səmədov üçün həbsdən az sıxıntıya səbəb olmayacaq. Bu arada İslam partiyasının sədr müavini Rövşən Əhmədli partiyada tutduğu sədrin müavini vəzifəsindən gedib.
Source : Islamtimes
Comment