0
Thursday 4 July 2013 - 00:01

Mehriban Əliyevanın namizədliyini kim irəli sürüb?

Story Code : 279393
Mehriban Əliyevanın namizədliyini kim irəli sürüb?
Mehriban Əliyevanın namizədliyini kim irəli sürüb?
Islam times.org/az/ - Prezident seçkisi ilində cəmiyyətdə siyasi fəallığın artması təbii haldır, ancaq Azərbaycanda absurd hallar da çox baş verir. Yadınızdadırsa ötən ayın sonlarında DADP Mehriban Əliyevanın prezident seçkilərində namizədliyini irəli sürmüşdü, sonra da məlum oldu ki, bu partiya bir neçə yerə parçalanıb, ayrılan qruplardan biri belə addım atıb.

Xülasəsi bu partiyada it yiyəsini tanımır deyə orda olanlar da ağlına nə gəldi edib. Bu qrupun başında duran şəxs Sevda Xurşudova adlı bir qadındır. Bu qadının siyasətdə bir dəfə də olsun adı hallanmayıb ancaq başından böyük belə bir qələt etməyi sözsüz ki, hakimiyyətin qəzəbinə səbəb olacaqdı və bu gün Sevda Prezident Administrasiyasına çağrılıb.

Biz də bu qadın haqqında bir qədər maraqlandıqdan sonra məlum oldu ki, əgər şeytan özünə müəllim axtarmaq istəsə bu qadından fitnəkarını tapmaz. Ancaq hakimiyyət Sevda Xurşudovanın təşəbbüsünü buna görə bəyənməyib, məsələ ondadır ki, hakimiyyət yaxşı anlayır ki, bu qadın öz şəxsi maraqları üçün Mehriban Əliyevanı istifadə edir və yəqin naşı siyasətçini atdığı addıma görə cəzalandıra bilər.
Source : islamtimes
Comment