0
Wednesday 30 October 2013 - 15:23

Müxalifətdə nə var nə yox?

Story Code : 315836
Milli Şuranın mitiqinin mövzusu seçkidəki saxtakarlığa etirazdır.
Milli Şuranın mitiqinin mövzusu seçkidəki saxtakarlığa etirazdır.
Milli Şuranın oktyabrın 27-nə təyin etdiyi mitinq keçirildi və əvvəlki mitinqlərə nisbətən bu dəfə aksiyada iştirak edənlərin sayı xeyli az oldu, təxminən 1500-200 nəfər arası. Müxlifət liderləri bunu havanın yağışlı olması ilə əlaqələndirir, ancaq bizə elə gəlir ki, hava yağmursuz və günli olsaydı belə mitinq təyin olunan yerə 10 min nəfərin yığışmasını da görə bilməzdik. Belə çıxır ki, havanın yağışlı olması müxalifəti ən azı bu dəfə təənədən xilas edə bilər.

Milli Şuranın mitiqinin mövzusu seçkidəki saxtakarlığa etirazdır. Prezident seçkiləri arxada qalsa da Milli Şura mübarizəsini davam etdirir. Həm ölkə daxilində həm də qərb dünyasında müəyyən addımlar atmaqla seçki saxtakarlığını unutmağa qoymur.

Konkret mitinqlə bağlı da onu demək olar ki, Milli Şura nə qədər ki, hakimiyyət mitinqlərə icazə verir bu aksiyaları keçirməyi doğru bilir və bununla da hakimiyyətin yadından icazə verməmək vərdişini çıxartmaq istəyir ki, gələcəkdə zərurət olduqda Milli Şura geniş və kütləvi etiraz aksiyalarına imza atsın.
Source : İslamtimes
Comment