0
Saturday 2 November 2013 - 23:06

Ağaye Paşazadə niyə susur?

Story Code : 316989
Ağaye Paşazadə niyə susur?
Ağaye Paşazadə niyə susur?
Ötən gün Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması münasibətilə toplantı keçirilib və QMİ sədri fətva verərək bəyan edib ki, noyabrın 14-də Aşura günüdür. Ancaq toplantıda müzakirə olunan təkcə Məhərrəm ayı olmayıb, sözsüz ki, hər il olduğu kimi bu il də QMİ sədri müqəddəs ayın başlanması münasibətilə öz tövsiyyə və tapşırıqlarını verib.

Bundan başqa bir neçə məsələ münasibət bildirən QMİ sədri məscidlərdə axund və imamları məsuliyyətsizlikdə qınayıb. Daha çox maraq kəsb edən mövzu isə Allahşükür Paşazadənin Orxan Zeynalov olayına münasibəti olub.

Şeyx bildirib ki, Orxan Zeynalov olayı ilə bağlı bu yaxınlarda Rusiya patriarxı Kirillə müzakirələr aparacaq.

Gözlənilən odur ki, Orxan Zeynalovun Azərbaycana ekstradisiyası üçün təkcə rəsmi səviyyədə deyil, həm də ruhanilər arasında da əlaqələr olacaq. Əlbəttə bu cəmiyyətimizdə sevinclə qarşılanır ki, Orxanın taleyinə hakimiyyət və ruhani icması biganə qalmır, ancaq dərd burasındadır ki, Rusiyada milyonlarla orxanlar var bəs onların teleyi necə olsun? Ondan da vacibi və çox vacibi elə hacı Tale Bağırın qaldırıdığı hicab məhbuslarının məsələsidir.

Yəni necə ola bilər ki, Azərbaycanın içində yüzlərlə dindar şərlənərək həbsə atılır, min cür alçaldıcı işgəncələrə məruz qalır, ombudsman Elmira Süleymanova, deputatlar səsini çıxarmır? Tutaq ki, qeyd etdiklərimiz İlham Əliyev hakimiyyətinin oyuncaqlarıdır, bəs QMİ sədri Allahşükür Paşazadə niyə susur?
Source : Islamtimes
Comment