0
Wednesday 18 August 2010 - 04:51

Senatorlar Obamaya qarşı

Story Code : 34599
Senatorlar Obamaya qarşı
Senatorlar Obamaya qarşı

Senator Qarri Ridin fikrincə, ölkə konstitusiyası din azadlığını nəzərdə tutsa da, məscidin və islam mədəniyyəti mərkəzinin tikilməsi üçün başqa yer seçmək lazım idi. Prezident Barak Obama ötən həftə çıxışında bildirib ki, müsəlmanlar layihəni reallaşdırmaq hüququna malikdirlər. Respublika partiyasının üzvü Şerron Enql isə məsələylə bağlı çox sərt çıxış edib. O, prezidenti terror aktında həlak olanların qohumlarının maraqlarını nəzərə almamaqda ittiham etdib. Barak Obama özü isə yerlə-yeksan edilmiş göydələnlərin yerində islam mədəniyyəti mərkəzinin tikilməsində heç bir qəbahət olmadığını düşünür. «Bir prezident kimi düşünürəm ki, müsəlmanlar bizim ölkədə harada lazımdır öz ibadətlərini edə bilərlər» Ağ Ev rəhbəri belə deyib. Prezidentin mübahisəli qərarı siyasi dairələrlə yanaşı, Amerika cəmiyyətində geniş müzakirələrə səbəb olub. Çoxları deyir ki, 2001-ci ilin sentyabrında Nyu-York və Vaşinqtona hücum edən terrorçular məhz müsəlmanlar olub. Qeyd edək ki, Birləşmiş Ştatların müsəlman icması məscid və islam mədəniyyəti mərkəzini terror aktının törədildiyi yerdən 2 məhəllə aralıda, əsr yarımlıq çoxmərtəbəli binanın yerində tikməyi planlaşdırır. Artıq Nyu-York meri Maykl Blumberq də layihəni dəstəkləyib. Manhettendə islam mədəniyyəti mərkəzinin tikilməsi təxminən 100 million dollara başa gələcək.

Comment