0
Wednesday 19 March 2014 - 00:12

Səfər baş tutacaq?

Story Code : 363342
Səfər baş tutacaq?
Səfər baş tutacaq?
Azərbaycan prezidenti İlham Əliyevin İrana dəvət olunması və bu səfərin baş tutub tutmaması ilə bağlı milli mətbuatda olduğu kimi biz də bəhs etmişik. Bir daha yazmaq yerinə düşər ki, dəvət olunmadığı təqdirdə, öz təşəbbüsü ilə bütün dünyanı gəzən prezident İlham Əliyev dəfələrlə İrana dəvət olunmasına baxmayaraq qardaş ölkəyə səfər etməyib, uzağı hansısa bir 3 və 4-cü dərəcələli məmuru İrana yollayıb.

Sonuncu dəfə 5 il əvvəl İranda səfərdə olan İlham Əliyevin bu dəfə də İrana səfər etməsini şərhçilər birmənalı olaraq ona görə şübhə altına almırlar ki, bu ilin yanvar ayında Davosda keçirilən beynəlxalq forumda qeyri rəsmi şəkildə Həsən Rohani ilə Azərbaycan prezidenti arasında görüş oldu.

Bu həmin zamanlara tədsadüf edir ki, İran prezidenti Həsən Rohani haqqında dünya mətbuatında İran hakimiyyəti ilə qərb dünyası arasındakı münasibətlərdə yeni bir səhifənin açılması dövrünün fenomeni kimi təriflər yazımağa başlanmışdı.

Həmin yazılar əvvəlki templə olmasa da yenə də davam edir. Buna görə də ekspertlərin fikrincə İlham Əliyev qərb adamları kimi düşünərək yeni İran prezidenti ilə Davosda görüş keçirib, lakin İrana səfər edəcəyi barədə isə qəti fikir söyləməyə ekspertlər risk etmir.

Bizim fikrimizə görə isə İlham Əliyev İrana səfər etməsi üçün ABŞ və İsrailin razılığına nail olmalıdır, çünki özünün şəxsi anti İran münasibətindən başqa bir də sionist cütlüyünün razılığı lazımdır. Lakin bu günlərdə Bakıda səfərdə olan və prezident İlham Əliyevlə görüşən İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur İslam Respublikasında səfərdə olan Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərova istinadən bəyan edib ki, İlham Əliyev İrana səfər edəcək.

Bu arada onu da qeyd edək ki, İrana dəvət olunan İlham Əliyev qardaş ölkəyə nazir Heydərovu göndərib. Maraqlı məqam budur ki, İlham Əliyevin səfər edəcəyni Kəmaləddin Heydərov özü mətbuata bəyan etməyib, ona istinadən iranlı diplomat edib, hansı ki, özü bir neçə gün əvvəl Bakıda olarkən Azərbaycan prezidenti ilə görüşüb. Kəmaləddin Heydərov İranda olarkən isə bu nazir haqqında araşdırmaçı jurnalist və Kəmaləddin Heydərovun biznes ortağı Hafiz Babalı «Heydərovların biznes imperiyası» adlı araşdırması ilə çıxış edib.

Jurnalistin apardığı araşdırmaya görə fövqəlnazir Heydərov yüzlərlə şirkət sahibidir, Azərbaycanın neft, qaz, qızıl mədən hasilatı istisna olmaqla biznesin bütün sektorlarında iştirak edir, qaz vurub qazan doldurur.

Kəmaləddin Heydərovun xalq arasında özü haqqında formalaşdırdığı “səxavətli” adam imicini jurnalist Hafiz Babalı öz araşdırma yazısı ilə göydən yerə vurdu. Məlum olub ki, “səxavəti” yerə göyə sığmayan Kəmaləddin Heydərov sahib olduğu şirkətdə çalışan minlərlə fəhləyə alın təri ilə qazandığı əmək haqqısını belə vermir.

Bu araşdırma da Azərbaycan ictimaiyyətinə təqdim olunub. Belə olduqda Kəmaləddin Heydərovun İran səfəri cəmiyyətdə birmənalı qarşılanmır, mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrdə elə bir rəy yaranır ki, min bir fırıldaqla, korrupsiya ilə, cinayətlə pul qazanan Kəmaləddin Heydərov kim bilir İranda hansı işlərdən çıxacaq? Ancaq Kəmaləddin Heydərovun İrana səfər etməsi İlham Əliyevin də bu səfəri edəcəyinə əsas verir, çünki İlham Əliyev Kəmaləddin Heydərov kimi korrupsionerlərlə birgə pul qazanır.
Source : Islamtimes
Comment