0
Friday 2 May 2014 - 08:10

Sələfilər və onların şeyxdən narazılığı

Story Code : 378430
Sələfilər və onların şeyxdən narazılığı
Sələfilər və onların şeyxdən narazılığı
Keçən həftə yayılan xəbərlərə görə Azərbaycandakı radikal sələfi qruplaşmasının liderlərindən sayılan Əlixan Musayevin ölkədən çıxışına qadağa qoyulub.

Bu xəbərlə bağlı Əlixan Musayev özü açıqlama verməsə də bildirilir ki, sələfi lider Türkiyəyə gedərək orda ərəb vəhhabiləri ilə görüşlər keçirib. Belə çıxır ki, Əlixan Musayev Azərbaycandan Suriyaya döyüşmək üçün gedən sələfilərə həm də loqistik dəstək verməklə məşğul olub. Onun xaricə səfəri qadağan olunduğundan isə işlərini xalası oğlu Mübariz Qaradağlı davam etdirir. Axır bir neçə həftədə Azərbaycan hakimiyyətinin vəhhabilərə qarşı müəyyən tədbirlər görür, lakin vəziyyət hələ də köklü şəkildə dəyişməyib.

Bu günlərdə yayılan daha bir video müraciət İraq Şam İslam Dövlətinin mücahidi, azərbaycanlı vəhhabilərin Məhəmməd ləqəbli əmirinə aiddir. Sələfi əmir qeyd edir ki, artıq İŞİD qurulub, orduları var, onların nəinki topu, tankı, hətta təyyarələri də var.

Doğrusu hərbi təyyarələrə malik olmaları haqqında əmrin iddiasının belf ya da ki, həqiqət olmasını demək çətindir. Lakin həqiqətən vəhhabilərin hərbi təyyarələri varsa onda onlarla müharibə çox çətin olacaq. Videodan da göründüyü kimi əmrin ətrafında çox sayda vəhhabilər var, onlar azərbaycanlı olması da istisna olunmur, üstəlik əmir qeyd edir ki, İŞİD-in azərbaycanlı mücahidləri əsasən Rakka şəhərində cəmləşib.

Bu arada mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadədən Azərbaycanın şimal bölgəsindən olan sunni məzhəbinin dindarları adından şikayət mətbuatda yayılıb. Şikayət müəllifi qeyd edir ki, şimal rayonlarında əhalinin cəmi 6 %-i şiə, qalanı isə sünni - şafi məzhəbinə mənsub olduğu halda QMİ sədri bu bölgəyə şiə olan Yaşar Rzayevi qazi təyin edib. Bu da yerli əhali arasında narazılıq yaradıb. Müraciətin müəllifi onu da qeyd edir ki, şiə məzhəbindən olan şəxsin şimal bölgəsinə qazi təyin olunmasından istifadə edərək bəzi radikallar bunun məzhəblərarası münaqişə yaratmaq üçün istifadə etmək istəyir. Belə ki, onlar sadə xalqın arasında gəzərək bildirirlər ki, QMİ yerli sünni camaatına qarşı ədalətsizlik edir və bu səbəbdən xilas yolu Rusiyaya birləşməkdir. Bu məqam bir qədər şübhəli görünür. Ona görə ki, xalq arasında bu cür təbliğatı iki cərəyan təmsilçiləri apara bilər ki, bunlar da ya nurçulardır, ya da vəhhabilər. Hər iki cərəyan təmsilçilərinin isə Rusiyaya qarşı nifrəti hamıya bəllidir. Bu baxımdan qaranlıq məqam hesab olunmalıdır. Lakin şübhə yoxdur ku, bunun özü bir təxribat xarakterli təbliğat sayıla bilər.

Azərbaycanda şikayət olunan QMİ sədri bu günlərdə xəbər verdiyimiz kimi ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən “ABŞ-Azərbaycan konvensiyası: gələcəyə baxış” mövzusunda çıxış edərək İslamı terrorla eyniləşdirilməyin, bu istiqamətdə dünyanın bəzi ölkələrində aparılan total təbliğatın yolverilməz olduğunu bildirib.

Şeyx çıxışındakı fikirlərin amerikalılar tərəfindən qəbul olunması üçün həm öz yanında Azərbaycandakı digər dinlərin, o cümlədən yəhudilərin təmsilçilərini aparıb, həm də qeyd edib ki, terror, zorakılıq, nifrət kimi xüsusiyyətlər İslamda olmadığı kimi digər əsas səmavi dinlərin təməlində də yoxdur.
Source : Islamtimes
Comment