0
Monday 8 August 2011 - 14:29

Misir inqilabının termidoru

Story Code : 90302
Misir inqilabının termidoru
Misir inqilabının termidoru
22 bəhmən günü xalq bayram edirdi. Amma çoxları bilmirdi ki, artıq inqilabda irticanın gözü var. Məntəqədə ikinci böyük inqilab üçün quyu qazılırdı. Termidor məşhur bir termindir. Demokratik inqilablar müxaliflər və sabiqlər tərəfindən təsir altına salınanda bu termindən istifadə olunur. Bu səbəbdən deməliyik ki, Misir cəmi 5 ay inqilabdan ötmüş termidor təhlükəsi ilə üzləşdi. Diktaturaya qayıdışda çirkin əllər çoxdur. Onlar əldən çıxmış mənafelərini geri qaytarmağa çalışırlar. Amma inqilabçı Misir vətəndaşları son günlər sübut etdilər ki, nəinki inqilabi ruhiyyəni əldən verməyiblər, əksinə son qələbə üçün proqrama malikdirlər.

Bu məqsədlə inqilabdan 5 ay sonra yenidən küçələrə və Təhrir meydanına axışıb inqilab səngərini doldurdular. Bununla da dövlət rəsmilərinə başa saldılar ki, Hüsnü Mübarəkin gedişi ilə diktatura
quruluşu da səhnədən çıxmalıdır. Belə bir sual yaranır ki, kimlər Misir xalqı ilə vuruşur və inqilabı məhv etmək istəyir. Bu sualı cavablandırmaqdan ötrü inqilabın daxili və xarici düşmənlərini, hətta məntəqədəki digər inqilabları tanımaq lazım gəlir. İlk addımda bunu deyə bilərik ki, Misir daxilində İslamın hakimiyyətə gəlişinə meyli olmayan qüvvələr var.

Misir xalqı Təhrir meydanı, eləcə də Qahirənin böyük küçələrini fəth edəndə həmin qüvvələr televiziya vasitəsi ilə Mübarəkin istefasını elan etdilər. Bu ağ inqilaba bir cəhd idi. Ağ inqilab zamanı keçmiş hakimiyyətə bağlı qüvvələr səhnəyə çıxaraq xalqı susduracaq zahiri islahatlar aparırlar. Onlar Misirdə prezident və onun ailəsini səhnədən çıxarmaqla inqilab alovunu yatırmaq istədilər.

Onlar bu ssenaridə müəyyən qədər uğur qazandılar. Çünki bu addımdan sonra xalq qələbə ümidi ilə evə döndü, iqtidarı ələ
almadan inqilabi şuraya səlahiyyət verdi. Hansı ki, bu şura özü sabiq hökumətin əsas sütunlarından idi. Bu səbəbdən də həmin şura xalqın istəklərinə cavab verə bilməzdi.

İnqilabi şura qərbpərəst siyasi quruluşu saxlamaq üçün sabiq prezidenti qurban verdi. Elə indi də hərbi şura Hüsnü Mübarkin 30 illik diktatura quruluşunu yaşatmaqdadır. Bunun iki dəlili var. Birincisi, Misir inqilabı başa çatacağı təqdirdə və İslam qatqılı demokratik amillər hakimiyyətə gəlsə, yenə də sabiqlər həyatını və var-dövlətini itirə bilər. İkincisi, inqilabın uğuru məntəqədə mənafei olan bir çox oyunçuların məğlubiyyəti deməkdir.

Hazırda daxildəki əks inqilabçılarla xarici oyunçular güclü əlaqədədir. Onlar diktatura rejimini qorumağa çalışırlar. Bəs bu xarici qüvvələr kimdir? Bu mövzunu aydınlaşdırmaq üçün öncə sionist rejimin mövqeyi nəzərdən keçirilməlidir.
Hüsnü Mübarək və onun diktatura rejiminin varlığı İsrailin təhlükəsizliyinə təminat verirdi. Çünki sabiq Misir hökuməti bütün siyasətlərində İsrailin mənafelərini gözləyir, bu məqsədlə Fələstinə qarşı çıxırdı.

Qəzzənin mühasirə dövründə Rəfəh keçid məntəqəsinin bağlanması buna sübutdur. Bu səbəbdən də Mübarəkin gedişi ilə sionist rejim məntəqədə ən güclü dayağını itirdi. İndi çalışdıqları budur ki, Mübarək dövründəki siyasi rejim qorunsun. İkinci seçim Səudiyyə Ərəbistanıdır. Ərəbistan külli miqdarda dollar xərcləməklə inqilabın yatırılmasına çalışır. Çünki inqilab qələbə çalsa, İsrail-Ərəbistan-Misir siyasi üçbucağı məhv olur. Misir inqilabının qələbəsi Ərəbistanda da inqilab təhlükəsi yaradır. Hazırda Ali-Səud rejimi Misirdə vəhabi sələfiləri gücləndirməklə İslam birliyini parçalamağa
cəhd göstərir. Hamı bilir ki, Misirdəki bu cərəyan Taliban düşüncəsindədir. Son üç onillikdə sübut olub ki, Amerika, Ərəbistan və Taliban əlaqələri qırılmazdır. Amma bəzən onlar arasında qənimətin bölüşdürülməsi üzərində mübahisə yaranır. Bunu Əfqanıstanda görürük.

Misir inqilabının üçüncü düşməni ABŞ və Qərb dövlətləridir. Bu qüvvələr Misirdə inqilab gözləmirdilər. Ona görə də şoka düşdülər. İslam rəngi alan demokratiya ABŞ və Qərb üçün kabusa çevrildi. Qərb bu kabusdan qurtarmaq üçün daxili və xarici oyunçulara üz tutdu. Onlar hər sahədə həmkarlıqla Hüsnü Mübarəkin heç olmaya rejimini qorumağa çalışırlar. Onların bu hərəkəti Misir xalqı üçün həyəcan təbili oldu və xalq yenidən Təhrir meydanında səsini qaldırdı.

"IslamTimes" - Tərcümə şöbəsi
Source : Javan Online
Comment