0
2
comments
Tuesday 20 December 2011 - 18:50
6 Yaşlı bala hicaba və hicab məhbuslarına kömək çixdı :

Hacı Abgül Süleymanovun oğlu, Mühəmməd Cavad Süleymanovla müsahibə

Story Code : 123857
Hacı Abgül Süleymanovun oğlu, Mühəmməd Cavad Süleymanovla müsahibə
Hacı Abgül Süleymanovun oğlu, Mühəmməd Cavad Süleymanovla müsahibə

Bismillahirrəhmanirrəhim

“Hicab məsələsi Atamın ölümüylə həll olacaqsa, ölümünə razıyam. Onsuzda Allah yolunda şəhid olanlar ölü deyillər!”
Bu sözləri Hicab məshbusu olan, Hacı Abgül Süleymanovun oğlu, Mühəmməd Cavad Süleymanov deyir. Onun hələ 6 yaşı var, amma atasının ona verdiyi tərbiyə, onu vaxtından əvvəl, sözün əsl mənasında “Kişi”-ləşdirib.


O atasının Hicab məhbusu olmağıyla fəxr edir və özünündə dediyi kimi bu barədə heçbir narahatçılığı yoxdu. Onun yaxını olaraq mən onu bu mövzuya görə ağladığı ya narahat olduğunu görməmişəm. Əksinə onun halı və sözləri məni çox təəccubləndirir və fikr etməyə vadar edir.

O deyir: “Hərdən atam yadıma düşəndə ağlamaq istəyirəm lakin atamın sözünü xatırlayıb bunu etmirəm. O mənə
belə demişdi: Mən bilirəmki bakıya getsəm məni həbs edəcəklər. oğlum! əgər məni tutslar qorxub ağlamıyasan. Çünki tutulsam Allah yolunda tutulacam.”

Bu sözlər bu balaca vucuddan necə çıxır? Məlum olurki ona bu sözləri öyrədənin qəlbi, Allah eşqiylə alışır. Atası həmişə ona məxsusi vaxtlar ayırıb, onunla söhbət edirdi. Onun İrana gəlib, “Quran Hafizi” olmasınıda atası istəyib. Bu ruhiyə ilə böyüyən uşaq, gələcəkdə ən azı atasının tutduğu yolu gedib zalımların zülmünün qarşısında əyilmiyəcək.

o “Atan yanında olsun amma bacılarımızın Hicabı açılsın? Ya atan dünyadan gedsin amma Hicab problemi həll olsun?” sualına belə cavab verdi: “Atam ölsədə olar, əsas Hicab problemi həll olsun. Onsuzda ölsədə şəhiddir və şəhidlər ölü deyillərki !”

ölümü
son deyil başlanğıc bilən bu uşaqın, gələcəkdə Allah üçün nələr edəcəyi doğurdanda ağıla sığmazdır.axı o Allahı öz məşuqu və ölümü görüş hesab edir. Yəginki bu ata və oğul, Allahın Qurani kərimin Bələd surəsi 3-üncü ayəsində, ata və oğula olan andına şamil olubdurlar.
“و والدٍ و ما ولد” “Və and olsun ataya və onun dünyaya gətirdiyi övlada”

Bucür qəlbi mənəviyyatla dolu uşağın, sonda atası üçün etdiyi duaya hamımız fikir verək: “atamın ən çox sevdiyi duanı edəcəm: Allahım! Atamı aqibət xeyr olanlarda elə, və ona şəhadət qismət elə...”

Amin Muhəmməd cavad! Allah atan və digər Hicab məhbuslarının aqibətini xeyr etsin və onlara şəhadət şərbətindən dadmaya kömək olsun.

Vəssəlamu ələykum və əla ibadillahis salehin!

İSLAMTİMES - ƏLİ RAMAZANZADƏ




Source : islamtimes
Comment


Allah seni tezlikle atana qavuşdursun (inşallah)
GOZLERINDEN BILINIR BOYUYENDE ATASI KIMI MUBARIZ VE ALIM OLACAQ