0
Wednesday 17 October 2012 - 12:10

Şəhid Əndərzgunun xanımı ilə maraqlı müsahibə

Story Code : 204253
Şəhid Əndərzgunun xanımı ilə maraqlı müsahibə
Şəhid Əndərzgunun xanımı ilə maraqlı müsahibə
Islam times.org/az/ - Qardaşımın olmaması Əndərzgunun nigah şərtlərindən biri idi. Üç ilədək Əndərzgunun həyat yoldaşım olmasını hiss etmədim. Şərq Cihad və Müqavimət qruplaşmasının yaydığı məlumata istinadən, müsahibədə xanım Kübra Silsipur səkkiz il birgə yaşadığı və bir zamanlar “Şeyx Abbas Tehrani” kimi tanınan Şəhid Əndərzgu ilə evlilik xatirələrini paylaşırdı.

Həyat yoldaşı ilə mübarizələrdə, səfərlərdə, gizli yaşayışda keçirdiyi səkkiz il... Nəhayətdə isə həyat yoldaşının şəhadət xəbərini beş ay sonra İmam Xomeyninin (r.ə.) dilindən eşidir və məzarını isə “SAVAK”ın tanınmış işgəncə verəni Tehraninin etirafları ilə “Behişti-Zəhra” qəbiristanlığında tapır; sıra 39!

Qarşıda oxuyacağınız müsahibə Həmid Davudabadi tərəfindən 1996 – cı ildə hazırlanmış, “weblog”unda paylaşılmışdır. İndi isə Şəhid Əndərzgunun şəhadəti münasibəti ilə bu maraqlı müsahibə təqdim olunur.

Əndərzgu ilə necə tanış olduğunuzu lütfən bizimlə paylaşın:

Təqribən 1970 – ci illərdə Əndərzgu ilə tanış olub ailə qurduq. O vaxtlar mənim 16, Əndərzgunun isə 29 yaşı vardı. Ailə tərbiyəsi və dini ailə mühitinin təsiri ilə tez-tez məscidə gedən qızcığaz olmuşdum. Yaşadığım Teharanın Çizər məhəlləsində məscidin pişnamazı cənab Musəvi, Əndərzgunu ailəmizə tanıtdı. O, deyirdi: “Əndərzgu Çizər hövzəsinin tələbəsidir, mənə evlənmək istədiyini bildirib. Lakin evlənmək istədiyi qızın bir neçə xüsusiyyəti olmalıdır; qardaşı olmasın, atası sadə şəxs olsun, var-dövlətli, zadəgan ailədən olmasın”.

Bir-birimizi görmək üçün cənab Musəvinin Tehranın şimalında “İxtiyariyyə” məntəqəsindəki evinə getməyi qərarlaşdırdıq. O, zamanlar mən dəcəl, hərəkətli qızıdım. İlk dəfə onu orada gördüm. Əvvəllər qapımıza çox elçi gəlmişdi. Lakin mən qəbul etmirdim. Təbii ki, bunun özünəməxsus səbəbi vardı.

Mühüm səbəblərdən biri elçilərin dövlət işçiləri olması idi. Xüsusilə müdafiə sənayesi sahəsində çalışanların halal pul qazanmadığını düşünürdüm. Yaşayışımda qarşıya çıxan şəri məsələləri öz həyat yoldaşımdan öyrənmək, mənimsəmək üçün ruhani tələbənin yoldaşı olmaq istədiyimi deyirdim.

Sonralar qapımıza gələn elçilərdən birinin “Savak”dan olduğunu öyrəndim.
Cənab Musəvinin evinə getdiyimiz ərəfədə mənə Şeyx Abbas Tehrani kimi tanıtdırılan şəxs (Əndərzgu) – maraqlıdır ki, hətta dərs oxuduğunu hövzənin tələbələri, hətta cənab Musəvi onu həmin adla tanıyırdılar – bir kənarda əyləşdi.

Adət-ənənə əsasında çay apardığımda xəcalət və həyadan nə o məni görə bildi, nədə mən onu. Utandığımdan üzünə baxa bilmədim. Evdən çıxanda isə pəncərədən ona baxdım - əlbəttə elə etdim ki, xəbəri olmasın – qəba geyinmişdi. Başında qara araqçın vardı. Deyilənlərə görə təzə Çizər mədrəsəsinə qəbul olmuşdu.
Sonralar onunla evlənmək istəyənlərin çox olduğunu lakin razı olmadığını özü deyirdi. Ona görə ki, yaraşıqlı gənc sayılan Əndərzgu Çizər mədrəsəsində dərs oxuyurdu. Habelə camaatın tələbəyə, dindarlara bağlılığı çox idi.
 
Bəzi ailələr tələbələr üçün xüsusilə onun üçün yemək gətirirdilər və ya paltarlarını yuyurdular. Bəziləri də özləri damad olmaq təklifini ona bildirirdilər.

Cənab Musəvinin evində söhbət etmək üçün əyləşdikdə ata-anasız gəldiyinə valideynlərinin harda olduğunu soruşdum. O, da hər dəfə zarafata salırdı. Nəhayət dedi: “Mən heç kəsi olmayan bağlamayam yerdən bitmiş kolam”.

İkinci dəfə görüşə gəldikdə - ona görə ki, bir-birimizi tam görə, rahat söhbət edə bilməmişdik – mənə dedi: “Mənim heç kəsim yoxdur, dünya malı olmayan bir tələbəyəm. Tələbə çorəyi ilə dolana bilərsənsə, “Bismillah”.”. Mən isə cavabında dedim: “Mən o şəxslə ailə qurmaq istəyirəm ki, şəri məsələ qarşıma çıxanda ondan soruşum, başqalarından soruşmağa ehtiyac olmasın”.

• Mübarizələri haqda sizə bir şey demişdirmi?

- Söhbətləri əsnasında keçmiş mübarizələrindən və axtarışda olmağı barədə söz açmadı. Biz hamımız onun sadə və adi bir tələbə olduğunu düşünürdük.

• Elçilikdən nə qədər sonra ailə qurdunuz və müştərək həyata başladınız?

- Elçilikdən evliliyədək müddət üç ay çəkdi. Mehriyyə 6500 tümən idi. Məkkəyə həcc ziyarəti üçün gedərkən mehriyyəmi ona bağışladım. Evlilikdən sonra bir il yarım müddətində Tehranın Çizər məhəlləsində aylıq 160 tümənə kirayədə qalırdıq. O, təhsillə yanaşı minbərlərə gedər, “Rüstəmabad” məscidində camaat namazı qılardı.

• O dövrlərdə fəaliyyətlərindən xəbərdar olmadınız?

- Evimizdən kiçik dolab vardı. Daim onu qıfıllı saxlayardı. Bəzən xəbərdar olmamağım üçün ani gəlib o dolaba bir şeylər qoyub və ya götürüb yenidən qıfıllayardı. Ondan dolabın içində nə olduğunu soruşduqda deyərdi: “Camaatın əmanətləridir, bir kəsin onlara toxunmasını istəmirəm”.

Günlərin biri bir gənc evimizə gəldi. İlk dəqiqələr qeyri-adi heçnə müşahidə olunmurdu. Gəlirdilər, gedirdilər. O, və seyyid (Əndərzgu) birgə otaqda oturdular. Mən isə digər otaqda əyləşərək oğlumuz Mehdiyə – o zaman iki aylıq idi – baxırdım. Ani olaraq onların oturduğu otaqdan atəş səsi gəldi. Ağam tələsik otaqdan çıxıb mənimlə Mehdinin yanına gəldi və dedi: “Qorxmadınız?”.
Dedim: “Yox, nə olub ki?”.
Dedi: “Heçnə olmayıb. Sadəcə maqnitofon xarab oldu və ondan ani partlayış səsi gəldi”.
Sonralar anladım ki, o gənc – tanımadığım – silahdan istifadə qaydalarını öyrənmək üçün bizə gəlib və təmrin zamanı ehtiyatsızlıqdan atəş açılaraq maqnitofona dəyir. Belə məqamlarda yəni dostlarını evə gətirdiyi vaxtlarda başımı qatmaq, məşğul etmək üçün evə göy-göyərti alardı ki, təmizləyim. Lakin məqsəd məni məşğul etmək idi.

• Bəs nə vaxtdan fəaliyyətləri haqda öyrəndiniz və ilk əksüləməliniz nə oldu?

- Sonralar az-az bəzi şeyləri anlamağa başladım. Bir gün ona dedim: “Ağa, evdə gördüyünüz işlər təhlükəlidir. Bir dəfə partlayış olar və bizi işə salar”. O, biraz fikirləşib dedi: “Heçnə olmaz! Sən belə işlərə baş qoşma”. Heç vaxt ehtiyatı əldən verməzdi. Hətta vəziyyəti kontrolda saxlamaq üçün məni məlumatlandırarkən deyirdi: “Dövlət məmurları evə gəlib məni soruşsalar, bilki minbərdə tünd danışmışam. Ona görə dalımca gəliblər. Bu cür halda özünü itirmə de ki, evə gəlməmişəm və harda olduğumu bilmirsən”.

1972 – ci ildə cənab Heydərinin evində kirayə qalarkən ani evə gəldi və dedi: “Əşyaları topla, Təbrizə getməliyik! Kimsə nəsə soruşsa qaynının təsadüf etdiyini, onu yoxlamaq üçün Təbrizə getməli olduğumuzu deyərsən”.
Bir dəfə Quma getdik və dörd ay orda qaldıq. Məhərrəm ayında təbliğ üçün Abadana və başqa regionlara səfər etdi. Həm təbliğə gedirdi, həm də silah gətirirdi. Maraqlısı budur ki, təbliğə getdiyi yerlərdən ona diri toyuq və xoruz verirdilər. Təbliğdən qayıdarkən toyuq və xoruzları özü ilə gətirirdi. Ata-anamı da bir dəfə Quma gətirmişdi. Evimizi tanıyırdılar.

Aşuradan sonra Təbrizdən dönərkən ürəyi möhkəm ağrıyırdı. Xəstəxanaya getməliyəm deyib getdi. O gedərkən gecə saat 12:00 idi. Birdən qapının zəngi çalındı. Çölə çıxarkən evin mühasirəyə alındığını gördüm. Ata-anamı həbs etmişdilər. Onlardan məcburi surətdə evimizin yerini öyrənmişdilər.

Evin mühasirə alınmasına, məmurların silahlı olmasına baxmayaraq ondan çox qorxurdular. O, adətən yanında silah və qumbara gəzdirərdi. Bir saat sonra Ağa evə gəldi. Evə daxil olması məni təəccübləndirdi. Məmurların küçədə, qapıda olduğu təqdirdə evə necə girdiyini soruşduqda dedi: “Və cəəlna men bəyne əydihem səddən...” ayəsini oxudum. Mən onları görürdüm, lakin onlar məni görmürdülər”. (2).
Səhəri gün qürub vaxtı əşyalarımızı topladıq. Maraqlısı bu idi ki, evə paltarını dəyişmədən əmmamə və əba ilə gəlmişdi.

• Onun həqiqi şəxşiyyəti ilə nə zaman tanış oldunuz?


1972 – ci ildə yəni evliliyimizin üçüncü ilində Əfqanıstana səfər etdik. Orda toplaşdığımız ərəfədə dostlarına səslənərək dedi: “Həyat yoldaşım əsil adımı və işimi bilmir”. Mənə üz tutub dedi: “Mənim əsil adım Seyyid Əli Əndərzgudur. Həsən Əli Mənsuru mən vurmuşam və 1964 – cü ildən indiyədək fərariyəm, dövlət məmurları tərəfdən axtarışdayam”.

Qayıtdığımız dönəmdə dedi: “Yadında qalsın! Adım Hüseyn Hüseynidir. Sənin adın isə Məsumə Məhəmməd Bigi”.

Qum şəhərində əl altında olan əşyalarımızı toplayıb gecə ilə Tehrana yola düşdük. Bütün əşyalar evdə qaldı. Hətta şam namazı qıldığım cənəmazımda sərilmiş halda qalmışdı. Onun aldığı və mənim dilimlədiyim qarpız evin küncündə qalmışdı. Dedim: “Niyə bu qədər tələsirsiniz?”. Dedi: “Bir-iki saat geciksək, “SAVAK”lar evə töküləcək”.

Bir maşın tutdu. Maşına minib Qumu tərk etdik. Sonra bildim getdiyimizdən düz bir saat sonra məmurlar evimizi basmışlar.

Özümüzlə götürdüyümüz əşyalar iki çantada toplanmışdı. Tehrana çatdıq, “Çayçı” və ya “Çaysatan” kişinin evinə getdik. Evi Xorasan meydanının yanında yerləşirdi. Bir-iki gün orda qaldıq. Bu arada çox dadlı yemək də bişirdim. Orda qaldığımız iki gündə bir neçə dəfə qiyafəsini dəyişdi. Bəzən ağ əmmamə taxırdı, bəzən də seyyidlərə məxsus əmmamədən istifadə edirdi. Bir dəfə isə qara rəngli böyük əmmamə taxmışdı. Tehranda bacım yanımda idi. Onu əmimgilə apardıq. Sonra bir gecə ağamla səfərə çıxdıq. “Peykan” markalı təzə maşın qapımıza gəldi. Sürücüsü mənə tanış deyildi. Hara getdiyimizi söyləmədi. Yol əsnasında Məşhədə getdiyimizi anladım.
Yolun bir miqdarını ketməmiş məqsədin hara olduğunu heç vaxt deməzdi. Bu onun daimi adəti idi.

Ağanın belində tapança vardı. Yol boyu sürücü ilə söhbət edirdi. Savakların İnqilab qüvvələrinə necə vəhşicəsinə işgəncələr verdikləri haqda danışdıqlarını anladım. Məşhəd şəhərinə çatanda səhər saat 02:00 idi. Şəri məsələlərdə həssas olmasına baxmayaraq hoteldə iki yatağı olan bir otaq tutdu. Hər üçümüz gecəni orda keçirdik. Mən bir taxtda, sürücü digər taxtda, ağa isə yerdə yatdı. Bir yaşlı Mehdidə yanımızda idi. Səhəri gün sürücüyə bir neçə sifariş etdi. Qayıdanadək orda qalmasını söylədi. Sonra bizi bir evə apardı. Orda sürücüyə yaxınlaşıb dedi: “Hələlik Tehrana tərəf getmə. Heç kimə də heçnə demə!”. Sürücünün haqqını da ödədi. Bütün bunlar təbii ki, ehtiyat üçün idi.

• Ölkə xarici səfərlərdə şəhid Əndərzgu ilə birgə olurdunuzmu?

- Bəli, on gün Məşhəd şəhərində qalandan sonra Zabil şəhərinə getdik. Bir həftə də orda Hüseyni adlı şəxsin evində qaldıq. Əfqan dəllalları o vaxtlar təqribən 1972-73 – cü illərdə pasport düzəltməkdən ötrü və bizim Əfqanıstana girməyimizi təmin etməkdən ötrü 12000 tümən aldılar. Lakin Ağa deyirdi ki, bu əfqanlar pulumuz alırlar amma işimizi görmürlər.

Ata və qatıra minərək qaçaq surətdə sərhədi aşıb Əfqanıstana keçdik. Sərhədi keçdikdən sonra Ağa dərin nəfəs alıb dedi: “Ah! Rahatlaşdım”. Savak təqiblərinin, axtarışlarının onu çox incitdiyini anladım. Sonralar həmin dəllallardan eşitdim ki, onlardan bir-ikisi deyib: “Bunları sərhəddən keçirəndən sonra problem yarandığı surətdə bizi satacaqlar. Gəlin bunları öldürək!”. Bizi yolda öldürməyi qərara almışdılar. Lakin Allahın lütfündən belə bir şey baş vermədi.

Əfqanıstanda bir həftə qaldıq. Qalmaq imkanı olmadığından Zabilə qayıtdıq. Yolda çox çətinlik və problemlərlə üzləşməli olduq. Ömrüm boyu məndən soruşsalar: “Günlərinizin ən çətin keçdiyi yer haradır?”. Deyərəm: “Zabil, Zabil, Zabil”.

• Bir az səfər xatirələrindən və çətinliklərindən danışın!


- İkinci dəfə Əfqanıstana getmək üçün Zabildə qaldığımız dönəmlər çox çətin keçdi, müsibətlər yaşadım. Bir ay müddətinə işləri yoluna qoymaq üçün Əfqanıstana getdi. Mən Zabildəki şəxsi evdə qalmalı oldum. Oğlum Mehdi orda xəstələndi və xəstəliyi ağırlaşdı. Ağanın göstərişi ilə ayağımı qapıdan çölə çıxarmadım. Ev sahibi bəzən yemək gətirirdi, əksər hallarda yox.

Gecələrin birində evə bir kişi gəldi və ev sahibinin otağına girdi. Söhbətləri yaxşı eşidilmədiyinə tərrəddüd etdim. Anladığıma görə deyirdi: “Bu seyyid getdi, qayıdacağı da məlum deyil. Arvad – uşağını öldürək, olmasa bizi işə salarlar”.

Bir saatdan sonra həmin kişi bizim otağa gəldi. Əlində olan on ədəd həbi mənə verib dedi: “Bunları al, ye!” Özümü anlamamazlığa vurdum. Hər nə dedisə qəbul etmədim. Otağa qayıtdı. Xanımı onunla mübahisə edir və deyirdi: “Ay kişi! O qadın və körpəsi nə günahın sahibidir. Onlar bizim evimizə pənah gətiriblər...”

Qadın çox yalvardı. Axırı kişini məni və uşağımı öldürmək fikrindən daşındırdı.
Saat 01:00 gecə yarısı radələrində qapı döyüldü. Ev sahibinin xanımı qapını açdı. Bir kişi həyətə daxil oldu. Bir neçə dəqiqədən sonra xanım gəlib kişinin mənimlə işi olduğunu söylədi. Qorxum daha da artdı. Həyətdə düşdükdən sonra mənim görməməyim üçün üzü əks istiqamətdə olan şəxs dedi: “Xanım, əşyalarınızı tez toplayıb mənimlə gəlin. Ağanız sizi gözləyir”.
Tez zəruri əşyaları topladım, Mehdini qucağıma alıb evdən çıxdıq.

Ev sahibi və xanımının evdə olan mübahisəsi mənə həzrət Musa, Firon və Musanı xilas edən Asiyənin əhvalatını xatırlatdı. Öz-özümə dedim: “Bu kişi Firon, xanımı isə Asiyədir”.

Xeyli piyada yol getdik. Zülmət gecədə küçələri sürətlə keçirdik. Mehdi qucağımda idi. Yanımdakı şəxs daha tez getməyimiz üçün Mehdini qucağına aldı. Yol boyu üzünü məndən gizlətməyə çalışırdı. Yola çıxmamışdan öncə də üzünə baxmamağı təkidlə bildirmişdi. Bir saatdan sonra küçədə bir evə yetişdik. Evin qapısından daxil olduqda iki səmtdə dörd otaqla əhatələnmiş geniş bir həyətlə qarşılaşdıq. Birinci otağa varid olanda Əndərzgu ilə rastlaşdım. Çox sevindim. Bir daha onu görəcəyimə inanmırdım. Gözümdən yaşlar axırdı. Son bir ayda çox çətinliklərlə üzləşmişdim. Ağa Mehdini qucağına aldı. Mehdi də atasını görcək ağlayıb özünü atasına sıxdı.

Söhbət etmək üçün əyləşdikdə mənə təskinlik vermək istədi və dedi: “Sənin sağ qalmağın bir möcüzədir. Çünki ev sahibi səni və Mehdini öldürmək istəyirdi. Lakin Allahın lütf və inayəti ilə sağ qaldınız. İndiki sağ-salamat gəlmisən, mənim üçün mühüm bir iş görməlisən. Bir neçə silahı mənə xatir özünlə daşımalısan. Mən keçən gecə Allahla çoxlu münacat etdim və sizin sağ-salamat mənə qovuşmağınızı Ondan dilədim”.

Səhər vaxtı yola düşdük. Dörd bel tapançası maqazinini (kolt) və bir neçə şarjyörı belimə bağladım. Üstündən paltar geyindim. Baxmayaraq ki, bu təhlükəli bir iş idi, özümü Ağanın yanında gördüyüm üçün heç bir qorxu və iztirab keçirmirdim. Ağa üzünü qırxmış, gözünə eynək vurmuş, qəhvə rəngli kostyum geyinmişdi. Özünü doktor kimi göstərməyə çalışırdı. Maraqlı burasındadır ki, əgər onu təzə paltar geyinən doktor hesab etsək, mən də gərək doktor xanımı kimi yeni paltarlar geyinəydim. Lakin mənim köhnə bir çadırım vardı. Görünüşümüz heç bir vəchlə bir-birimizə uyğun deyildi.

Zabildə ilk yoxlanış məntəqəsinə yetişdik. Hündür boylu, qorxunc görünüşlü vəzifəli bir şəxs avtobusa daxil olub hamımızın avtobusdan enməyimizi tələb etdi. Avtobusdan endik. “Bütün yolçular, istər kişi olsun, istərsə də qadın hamı bir nəfər kimi yoxlanılacaq” deyildikdə mənim üçün ən pis anlar idi. Ağa vəziyyəti belə görüb dirsəyi ilə məni vurdu. Mən də öz növbəmdə - mənə keçmişdə öyrətdiyi taktikalardan istifadə edərək –xəstə rolu oynayaraq ah-nalə etməyə başladım.

Yoxlanış məntəqəsinin məmuru halımın yaxşılaşması üçün otağa keçməyimi bildirdi. İçəri keçdikdən sonra təəccüblə Əndərzgunun fərari və axtarışda olan şəxs ünvanında divardan asılmış böyük bir şəkli ilə qarşılaşdım. Ağa şəkili görən kimi tez qayıtdı. Hamını yoxlamışdılar və avtobus yola düşməsi üçün bizi gözləyirdi. Soyuqqanlı, adi şəkildə avtobusa minib yola düşdük.

• Cənab Əndərzgu adətən özünü necə təqdim edirdi?

- Ağa həyatının mübarizə illərində bir çox ad və surət daşıyırdı. O cümlədən mənim bildiyim adlar bunlardır; Şeyx Abbas Tehrani, Seyyid Əli Əndərzgu, Əbdül-Kərim Sepehr Niya, Doktor Cəvadi, Əbül-Həsən Nəhvi, Seyyid Əbül-Qasim Vasei, Hüseyni, İsfəhani və s.

• Son dəfə cənab Əndərzgunu nə vaxt gördünüz?

- Son dəfə Əndərzgunu 1978-ci ildə ramazan ayının 16-ı görmüşəm. O, zamanlar ruhiyyəsi fərqli idi və dedi: “SAVAK”ın məni ciddiyyətlə axtardığını hiss edirəm. Vəziyyət daha da çətinləşir. Tehrana gedib İmam Xomeyninin bildirişlərini çap etdirməliyəm. Bildirişlər Abadan “Rəks” kinozalının Şahın adamları tərəfindən yandırılması haqdadır”.

O gün Ağa dərzinin onun üçün tikdiyi yeni ruhani libasını geyindi. Başına seyyidlərə məxsus qara əmmamə doladı. Çox yaraşıqlı görünürdü. Aynanın önünə keçib özünə baxdı. Bu onun növbəti həqiqi çöhrəsi olduğuna və qiyafəsində heç bir dəyişiklik olmadığına inandım. Çox bəyənmişdim. Gülərək ona baxıb dedim: “Deyirəm Hacıağa, nə yaxşıdır bu libası geyinəsiniz!”. Döndü, baxdı və gülüşümə təbəssümlə cavab verib dedi: “Yox, xanım! Bu yeni, gözəl paltar İmam Xomeyninin zəfərlə məmləkətə gəldiyi günə qalsın. O, gün bu paltarı geyinəcəm, seyyidəməxsus əmmaməmi taxacam və İmam Xomeynini qarşılamağa gedəcəm. O gün ki, xalq və bütün ruhanilər sevinclə İmamın istiqbalına tələsəcəklər”.
Güldü və davam etdi: “O, gün səni də mübariz şəxsin yoldaşı kimi qarşılayacaqlar və ayaqların altında qoyun qurban kəsəcəklər”.

Lakin əhval-ruhiyyəsi tam başqa şeylər söyləyirdi. Əhvalı şəhadətin yaxın olduğunu söyləyirdi. Tağut tərəfindən tutulması qətiyyən gözlənilmirdi.
O gün vidalaşıb evdən çıxdı. Səhəri gün ramazan ayının 19-u zəng etdi. Sonralar o zəngin pusquya düşməsinə və şəhadətlə nəticələnməsinə səbəb olduğunu anladım. Çünki Ağa rahatlıqla tağuta təslim olacaq şəxs deyildi. Mübarizə və təhlükələrlə daim yanaşı olan Əndərzgu üçün şəhadət ən ali dərəcə və hidayət səbəbi idi. Sözügedən zəng həmdə Məşhəddəki ünvanımızın aşkar olmasına səbəb oldu.

• “SAVAK” tərəfindən ifşa olmağınızı necə anladınız?

- Ramazan ayının 20-i gecə saatları idi. Qonşularımız İmam Rza (ə) hərəmindən ziyarətdən dönürdülər. Evimizin divarından bir neçə nəfərin aşdığını görüb səs salırlar: “Oğru... oğru...”. “SAVAK” məmurları qaçırlar. Sübh tezdən evə soxulub əşyaları alt-üst etdilər və Ağanın silahlarını tapdılar.

Həyatımız boyu dörd dəfə “SAVAK” evimizi qarət etmişdilər. Ağanın dediyinə görə təkcə dörd həmlənin birində 200000 tümənlik kitab – İnqilabdan neçə il öncə ki, 200000 tümən pul çox dəyərli məbləğ idi – evdən apardılar. Ağanın çox zəngin kitabxanası vardı, lakin “SAVAK” hamısını qarət etdi.

“SAVAK” məmurları evdə olduğu müddətdə davamlı olaraq helikopterlər Məşhəd üzərində dövrə vururdu ki, bu da qeyri-adi hal idi. Onlarla birgə Tehrana getməyimi tələb etdilər. Mavi rəngli “Peykan” markalı maşın küçədə durdu. “SAVAK”ın üç məmuru öndə, digər üç kök məmur isə arxada oturmuşdu. Mən çətində olsa arxa oturacaqda, üç məmurun kənarında əyləşməli oldum. Bu dörd övladımla birgə olduğum halda idi. Şəhər meydanlarının birində maşın “ Cip Landrover” markalı maşının yanında dayandı. Çadıra bürünmüş, üzünü örtmüş bir qadın yaxınlaşıb “Landrover”un arxa oturacağına keçməyimi istədi. O zamanlar seyyid Mehdinin 6, seyyid Mahmudun 5, seyid Möhsinin 2 yaşı vardı. Seyid Mürtəza isə yeddi aylıq südəmər idi. O, vaxtlar yaşca kiçik iki övladımı bezlədiyimə görə yol boyu çox çətinlik çəkdim. Yemək yeməkdən ötrü bir restoranın qarşısında durduq. Onlar stollardan birinin ətrafında oturub yeməyə başladılar. Məndə dörd övladımla əyləşdim. Bütün işim uşaqların əyinləri ilə məşğul olmaq idi. Onları aldatmaq üçün köhnə paltarlarını yuyub, qurutmaqdan ötrü “SAVAK” maşının üzərinə sərdim. Bu əməlim onları çox qəzəbləndirdi. Ağa, tutulduğum zaman məmurların məndən məlumat toplaya bilməmələri üçün özümü sadəliyə və avamlığa vurmağımı tövsiyə etmişdi. Mən bu işi yaxşı yerinə yetirdim.

Maşın Babildə binanın içinə daxil oldu. Gecəni orda keçirib səhər sübhdən Tehrana yola düşdük. Birbaşa “Əvin” türməsinə getdik. “Əvin” divarlarına yaxınlaşarkən gözümü bağlamaq istədilər. “Uşaqlar qorxar” deyib buna yol vermədim. Onlardan biri dedi: “Belə isə çadırınla bütün surətini ört ki, bir yeri görməyəsən”. Çadırımı örtməyimə baxmayaraq hər yeri çox gözəl müşahidə edirdim.

“Əz-Ğəndi”nin (3) ofisinə daxil olduq. Otaq boyu divan qoyulmuşdu. Onları aldatmaq və özümü sadəlöv göstərmək üçün otağın ortasında yerə oturdum. Mebelin arxalığını götürüb ayağımın üzərinə qoydum və Mehdini isə onun üstünə uzatdım. Məndən divanda əyləşməyimi istədilər. Mən isə dedim: “Biz ömrümüz boyu belə şeylər görməmişik, yerim rahatdır”. Onlardan biri digərlərinə dedi: “Bu qadın sadəlövhdür, heçnədən xəbəri yoxdur”. Lakin digər biri dedi: “Xeyr, bu qadın zirənglik edir. O, əri ilə əlbirdir”.

• Sizi türməyə də apardılar?

- Bəli, İlk gecə məni və uşaqlarımı hücrəyə apardılar. Çox vahiməli, qorxulu məkandı. Kənarımızdakı hücrədə bir şəxsə işgəncə verirdilər. Onun naləsi və fəryadı ətrafı bürümüşdü.

• Sizi körpələrinizlə birgə hücrəyə atdılar?

- Bəli, hətta hücrədə də uşaqların əyinlərinə baxırdım. Qapını döydüm, növbətçi gəldi. Uşaqların parçalarını yumaq istədiyimi ona söylədim. Qapını açdı. Həyətə gedib kirlənmiş parçaları yudum. Sonra onları “SAVAK” və zindan məmurlarının bahalı maşınlarının üzərinə sərdim. Sahibləri bunu görəndən sonra çox narahat oldular. Onlardan biri: “Türmədə yer tapılmadı ki, parçaları bura sərirsən?!”.
Digəri dedi: “Sənə görə deyirəm, bu parçalar çirklidir, uşaqlar xəstələnərlər. Deyərəm uşaqların üçün bez alsınlar”. Mən dedim: “Xeyr! Lazım deyil, uşaqlarımı belə şeylərlə öldürmək istəyirsiniz. Bu köhnələr daha münasibdir”.

İki gün sonra uşaqlarımı aparıb atama təslim etdilər. Lakin südəmər Mürtəza yanımda qaldı.

• Neçə müddət zindanda qaldınız?

- Bir-iki ay orda dindirildim. Sorğu-sualda soruşdular: “Onunla niyə ailə qurdunuz?”. “Niyə müdafiə sənayesinin işçisi ilə ailə qurmadınız?”. “O daha yaxşı idi...”. Mən isə dedim: “Üzr istəyirəm! Bilmirdim ailə qurmaq üçün sizdən icazə almalıyam və ya ər seçməyi sizin ixtiyarınıza qoymalıyam. Mənim ata-anam var”.

• O vaxt sizə dedilər, ya özünüz Seyyidin şəhadətə çatdığını anladınız?

- Heç kəs mənə Seyyidin şəhadət xəbərini demədi. Mən İmam Xomeyninin yanına getdiyini düşünürdüm.

• Bəs nə vaxt onun şəhadət xəbərini eşitdiniz?

- İmam Xomeyninin gəlişi ərəfələrində, anbaan onun da gəlişini gözləyirdik. Onu da İmam Xomeyninin kənarında görmək arzusundaydıq. İmam gələndən sonra bizi onun yanına apardılar. Orda Ağanın şəhid olduğunu eşitdim. İmam onun şəhadət xəbərini mənə deyərkən buna inana bilmirdim. Dedim: “Ola bilməz”. Lakin İmam dedi: “Niyə, elədir. Əziz Seyyidimiz şəhadətə çatdı”.

İslam İnqilabının zəfərindən sonra “Tehrani” (4) “SAVAK”ın məşhur işgəncəverəni, öz etiraflarında seyyidin şəhadət hekayəsini açıqladı və “Behişti-Zəhra”dakı qəbrini bizə göstərdi. Bizi Ağanın qəbri üstünə apardıqları gün çox ah-nalə etdim və göz yaşı tökdüm. Beş-altı ay onu bir daha görmək arzusu ilə gözləmişdim. İndi isə soyuq daş məzarı ilə qarşı-qarşıya dururdum. Ərimin, dörd övladımın atasının qəbrin altında yatdığını mənə deyirdilər. İndi də Ağa 39-cu sırada sadə daşın altında qərib şəkildə yatır. Qəribdir, qərib.


Şəhidin cənazəsindən görünməmiş bir şəkil

Şəhid Seyyid Əli Əndərzgu haqda “SAVAK” sənədlərinə istinadən:
Şah silahlı qüvvələri Ədliyyə departamentinin baş ofisi SAVAK
Nömrə: 312/10596
Tarix: 27/09/1357
Şərhə əlavə: məbləğ 596/840 rial, 210 türk lirası nağd pul və silah-sursat və səsyazan aparatlar.
Milli Təhlükəsizlik və Kəşfiyyat nazirliyi S.A.V.A.K.
Tam məxfi
Şah silahlı qüvvələri Ədliyyə departamentinin baş ofisi SAVAK
Şeyx Abbas Tehrani kimi tanınan Seyyid Əli Əndərzgu barədə nömrəyə qayıdış 1/20572/66/401-18/6/75

İfşa, həbs olunması üçün tədbirlərin ardı olaraq yuxarıda qeyd edilənə icra edilərək müəyyən olunmuşdur. Sözügedən yenidən etiqadlı qrup təşkil etmə, silahlı mübarizəyə qoşulma və müxtəlif ünsürlərin qrupa üzvlük fəaliyyətində şübhəli bilinir. Növbəti təqiblərin davamı olaraq məxfi sığınacağının Məşhəd şəhərində, onunla əlaqəli bir neçə şəxsin Tehranda ifşası və kontrolu həyata keçirildi.

Tarix 02/06/1357 (hicri-şəmsi), saat 18:45-də Seyyid Əli Əndərzgu Əkbər Hüseyni adlı əlaqəli şəxsin İran prospektindəki evinə gedərkən məmurlar tərəfindən mühasirəyə alınmış və daxil olan məlumata əsasən şübhəli şəxsin silahlı olması, partlayıcı maddələr daşıması səbəbilə “Təslim ol!” əmrindən sonra o, ani olaraq qeyri-adi davranışlar edərək qaçmağa başlamışdır. Məmurlar çarəsizlikdən şübhəliyə atəş açmış və nəticədə şübhəli aldığı güllə yarasından xəstəxanaya aparılarkən yolda vəfat etmişdir.
Sözügedənin üstünə baxış keçirilən zaman öz şəkili ilə Əbül-Qasim Vasei adına düzəldilmiş bir saxta sənəd, şübhəlinin şəkli ilə Abadandan verilən Əbdül-Kərim Sepehr Niya adına məxsus sürücülük vəsiqəsi, bir ədəd qol saatı, 6840 rial nağd pul, bir ədəd bıçaq, bir dəstə açar, əqiq qaşlı üzük və telefon nömrələri yazılmış əlyazma ifşa edilmiş və qeydə alınmışdır.

Məşhəd şəhərindəki Seyyid Əli Əndərzguya məxsus gizli məkanı yoxlayarkən üç bel tapançası maqazini, 5 ədəd şarjör, 81 ədəd müxtəlif kalibrlı avtomat güllələri, 2 simsiz əl telefonu, təchizat kəməri, 1 tüfəng qabı, 590 rial məbləğində nağd pul, çoxlu sayda maqnitofon kaseti, kitabça və bir il öncə yayılmış müxtəlif qruplara məxsus bildirişlər, 11 səs yazan aparat, Əndərzgunun, xanımının və uşaqlarının şəklinə düzəldilmiş bir neçə şəxsiyyət vəsiqəsi, Suriyə və Livandakı qruplarla əlaqələrdən xəbər verən bir neçə əlyazma ifşa və müsadirə olunmuşdur.

Şəhid Seyyid Əli Əndərzgunun atası və uşaqları Ayətullah əl üzma Xameni Ağanın kənarində islami inqilabdan az sonra

İSLAMTİMSIN TƏRCÜMƏ ŞÖBƏSİ

PS:
1- “Çaqqal Karlos” kimi tanınan İliç Ramirez Sançez 1949-cu ildə Qərbi Venezuelanın Karakas şəhərində dünyaya gəlmişdir. Gənc yaşlarında “Milli Komunist partayısının Marksist gənclər təşkilatına üzv oldu. 1966-cı ilin yayında Havan yaxınlığında yerləşən Matanzas düşərgəsində partisan döyüş təlimi məktəbinə daxil oldu. Dəliqanlı, inqilabçı gənc məzlum Fələstin xalqına kömək üçün İsrail əleyhinə təşkil edilən eyni zamanda Fələstinin azadlığına xidmət edən aksiyalara, nümayişlərə qatıldı. Karlos, 1975-ci ildə Fələstin Xalq Qurtuluş Cəbhəsi (FHKC) düşərgələrində təlim keçdikdən sonra İsrail və qərb dövlətlərinə qarşı döyüşməyə başladı. Daha sonrakı illər İsrail hökumətinə qarşı verdiyi mübarizəni Qərbin böyük şəhərlərinə daşıyan Karlos, İsrailli əlaqəsi olan bir çox bank, dərnək, qəzet və elçiliyə bombalı basqın təşkil etmişdir.

O, onlarla əməliyyatda o, cümlədən 1975- ci il tarixində Vyanada “OPEK” konfransında, aralarında 10 neft nazirinin də olduğu 70 adamı girov götürməsi və hadisə sonrası girovları Əlcəzairə qaçırması idi. Onun Məhəmməd Rza Pəhləvinin terror etməsinə cəhdi haqda şayilər də yayılmışdır.
1980-ci ildə dünyanın ən çox axtarılan adamı olaraq elan edilən Carlos, CIA, Mossad, Interpol və Fransız kəşfiyyatını dəfələrlə özündən sovuşdurdu. O, 1994-ci ildə Afrikada Fransız və Sudan kəşfiyyat təşkilatlarının ortaq şəkildə təşkil etdikləri bir əməliyyat nəticəsində həbs edildi. Cərrahiyyə masasında hüşsuz halda yatan Karlosu xəstəxanadan oğurlayaraq təyyarə vasitəsilə Fransaya göndərildi.
Bütün Qərb kəşfiyyat və əmniyyət təşkilatlarının illər boyu onu axtarması lakin tapa bilməməsi diqqətə layiqdir. O, “1000 üzlü şəxs” kimi tanınırdı. Çünki hər dəfə zahiri görünüşünü dəyişərək məmurların əlindən qaçırdı.
Həmçinin Şəhid Seyyid Əli Əndərzgu da zahiri tez dəyişmək, məmurların pusqularından – illər boyu Şahın əmniyyət təşkilatı onu axtarır lakin heç vaxt onu tapa bilmirdilər – qaçmaqda Karlosa bənzədiyinə görə ona “Şeyx Karlos” deyirdilər. Hətta Şahın əmniyyət təşkilatı “SAVAK” sənədlərində “Sərəfraz” adı ilə tanınırdı.

2- “وَجَعَلْنَا مِن بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لاَ يُبْصِرُونَ”
Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar). “Yasin”, 9

3- “Doktor” kimi tanınan “Huşəng Əz-Ğəndi”, orta adı “Huşəng Manuçöhr” hicri-şəmsi təqvimlə 1318-ci ildə (1939) Tehran şəhərində dünyaya gəlmişdir. Təhsilini Tehranın müxtəlif məktəblərində diplom səviyyəsinə kimi almışdır. 1960-cı ildə briqadir (sonralar polis rəisi olan) Səmədyan Purun tanışlığı ilə “SAVAK”a daxil oldu. O, “SAVAK”ın xüsusilə anti-terror komitəsinin dindiricisi, işgəncəçisi idi. 1973-cü ildə dindirmə, təftiş təlimləri görmək üçün İsrailə getmişdir. O, sədaqətli və nümunəvi xidmətlərinə görə bir neçə orden və medalla, o cümlədən 5-ci dərəcəli humayuni, bir ədəd medalla Pərviz Sabeti tərəfindən təltif edilmişdir.

4- “Tehrani” kimi tanınan Bəhmən Naderi Pur hicri-şəmsi tarixlə 1324-cü ildə (1945) Tehranda dünyaya göz açlmışdır. 1967-ci ildə diplomla “SAVAK”a daxil oldu. Bir müddət arxivdə işlədi. Sonra 311-ə (vəzifəsi komunist təşkilatları haqda məlumat toplamaq idi) göndərildi. O, xidməti dövründə təhsilini davam etdirərək lisans dərəcəsinədək yüksəltdi.

İşə böyük marağı, güclü istedadı və öhdəliyi onu qabiliyyətli, bacarıqlı bir şəxs etmişdir ki, bu da onun qısa müddətdə partiya və komunist təşkilatlarının nəzarət şöbəsinə, daha sonra 1969-cu ildə isə əməliyyatlara rəhbər vəzifəsinə təyin olmasına gətirib çıxardı.
1970-ci ilin sonlarında üçüncü idarədə komitəyə üzv seçildi ki, vəzifəsi təhsil ocaqlarında baş verən aksiyaların amillərini ifşa etmək idi. O, hicri-şəmsi təqvimlə 1351-ci ilin (1972) xordad ayında müştərək komitədə yeni fəaliyyətinə başladı və ciddi qətiyyəti sayəsində özündən yuxarı vəzifəlilərin diqqətini cəlb etməyi başardı. Bu əsasla dəfələrlə təşfiq və medallarla təltif edilmişdir. O, cümlədən; iki səy dərəcəsi, 2500 illik sahənşah medalı, 5-ci humayu nişanı və s. ilə təltif olunmuşdur. Tehrani 1977-ci ildə mütəxəssis səviyyəsində təhsil almaq üçün Amerika və İsrailə səfər etmişdir. O, “SAVAK”da rütbəcə 9-cu işçi idi. 1978-ci ildə isə Əvin həbsxanasına köçürüldü. Tehrani Pəhləvi rejiminin son günlərinə kimi türmədəki mübariz kişi və qadınların dindirilməsi və işgəncəsini həyata keçirirdi. Sonsuz bacarıq və səylərinə görə Pərviz Sabetinin etimadını qazanmışdı. O, İslam İnqilabının qələbəsindən sonra bir müddət gizli şəkildə həyat sürdü. Lakin 1979-cu ilin aprelində İnqilab qüvvələri tərəfindən həbs edildi.
Tehrani İslam İnqilabının təbiətinə əsasən xüsusi zirəkliklə sırf məzhəbçi olmayan qruplarla bağlı fəaliyyətlərini işıqlandırmağa, məzhəbçi mübarizlərin başına gətirdiyi zülmlərdən isə söz açmamağa çalışırdı. Halbuki bir çox məzhəbçi məhbusların etiraflarına əsasən o, mübariz məzhəbçilərin dindirilmə və işgəncəsində yaxından iştirak edirdi. O, həmçinin öz etiraflarında Amerika və İsraildə gördüyü təlimlərə işarə edərək deyir: “SAVAK”da xalq əleyhinə yorulmaz səy və sadiqanə xidmət göstərməyim həqiqətdir. Mən dostlar üçün ən yaxşı dostudum. Ailə üzvlərim üçün yaxşı insandım. Təəssüflər olsun ki, “SAVAK” üçündə yaxşı cəlladdım”.
Tehrani şəhid və onun işgəncələri ilə şəhadətə çatan məhbus ailələri ilə görüşən zaman dəhşətli sirrlərin üstünü açdı. Seyyid Əli Əndərzgunun necə şəhid edilməsi, qəbrinin göstərilməsi – şəhadətindən sonra “SAVAK” məmurlarının nəzarəti altında məxfi surətdə “Behişti-Zəhra” qəbiristanlığında dəfn edilmişdir – o etiraflardandır.
Nəhayət İslam İnqilabının Tehran məhkəməsinin birinci şöbəsi, 9 istintaq sesiyası və 3 müşavirədən sonra zikr edilmiş tarixdən bir gün öncə “SAVAK”ın məşhur Tehrani və Arəş adlı iki işgəncə məmuru haqda hökmünü açıqladı; İlk müttəhim Tehrani kimi tanınmış Bəhmən Abbas oğlu Naderi Pur günahkar və təqsirli bilinərək edam cəzasına məhkum edilsin. İkinci müttəhim Arəş Fəridun Məhəmməd oğlu Təvangəri də günahkar və təqsirli bilinərək edama məhkum edilsin. İnqilab məhkəməsinin son rəyində müttəhimlərin müxtəlif cinayətlərinə işarə edildi. Edam hökmü 3 tir, 1358-ci il (1979) tarixində 01:00 radələrində icra edildi.
Source : İslamtimes
Comment