0
Wednesday 19 June 2013 - 14:48

“Milli Şurada azad insanların təmsil olunmasını istəyirik”

Story Code : 274968
“Milli Şurada azad insanların təmsil olunmasını istəyirik”
“Milli Şurada azad insanların təmsil olunmasını istəyirik”
- İslam Partiyası iyunun 7-də yaradılmış Demokratik Qüvvələrin Milli Şurasında hansı formada təmsil olunur?
- Milli Şurada iştirakla bağlı qərarımız yoxdur. Bu quruma partiya olaraq qatılmamışıq, mən Milli Şurada fərdi qaydada iştirak edirəm. Bizim özümüzün Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Uğrunda İslami Hərəkatımız var. Seçkidə müstəqil blok kimi çıxış etmək fikrimiz var.
- Amma üzvü olduğunuz Milli Şura prezident seçkisinə vahid namizədlə getmək istəyir...
- Bizim öz namizədimiz var. Milli Şuranın tərkib hissəsi olmaq üçün deyil, yalnız iclaslarında iştirak etmək üçün adımızın orada hallanmasına razılıq vermişik. Əsas namizədimiz partiyanın sədri Mövsüm Səmədovdur. Onun namizədliyi qeydə alınmasa, islamçıların hərəkatının ali orqanı olan Məşvərət Şurasında müzakirədən sonra digər mövqe tuta bilərik. Ola bilsin, hamı platformasını elan etdikdən sonra başqa namizədi dəstəkləyək.
- Yəni Milli Şuranın namizədi, platforması meyarlarınıza uyğun gəlsə, həmin namizədi dəstəkləyəcəksiniz...
- Hər şey Məşvərət Şurasının qərarından asılı olacaq. Öz namizədimiz qəbul olunmadıqda bundan danışa bilərəm. Biz hansı meyarlara cavab verən namizədi dəstəkləyəcəyimizi açıqlamışıq.
- Milli Şura ətrafında gedən söz-söhbətlər sizi narahat edirmi? Məsələn, qurumun Rusiyaya bağlılığı barədə fikirlər səsləndirilir...
- Biz o qurumun yaradıcılarından deyilik, nə mənfi, nə də müsbət tərəfinə cavab verə bilərik. Amma Milli Şurada heç bir bağlılığı olmayan, azad insanların təmsil olunmasını istəyirik.
- Mövsüm Səmədovun namizədliyi baş tutmadığı təqdirdə başqa islamçı namizədiniz ola bilərmi?
- Mümkündür, belə bir hal gözləniləndir.
Source : Mediaforum
Comment