0
Saturday 16 November 2013 - 18:52

Dəməşqdə hərəm müdafiəçisinin xatirələri

Story Code : 321551
Dəməşqdə hərəm müdafiəçisinin xatirələri
Dünya imperializmi, beynəlxalq sionizmin hədəfinə çevrilmiş Suriyada şiələr və ədalətsevər insanların qoruduğu əsas obyektlərdən biri həzrət Zeynəbin hərəmidir. Şəhid Bağbaninin səfər yoldaşı olmuş jurnalist Seyid Əli Fatimi hərəmin qorunması ilə bağlı xatirələrini bölüşür...
 
Vəhhabilər və sələfilər intihar əməliyyatlarını ədatən sübh çağı həyata keçirirlər. Əqidələri budur ki, sübh öldürülsələr günorta vaxtı Peyğəmbərlə bir süfrədə əyləşəcəklər. Sələfi və təkfirçilərin cəhaləti haqqında deyə bilərik ki, Ən-Nüsrə cəbhəsi üzvlərinin şəxsiyyət vəsiqəsi üzərinə “Behişt pasportu” yazılıb. Birinci səhifədə döyüşçünün adı və ləqəbi qeyd olunur, qalan səhifələrdə vəsiqə sahibinin qətlə yetirdiyi insanlar möhürlə qeyd olunur. Vəsiqədə 70 möhür yeri var. Onlar inanırlar ki, hər möhür vurulanda Behiştdə məqamları bir mərtəbə artır.
 
Sələfi və təkfirçilər gecələr ucadan zikr deyir. Hərəm müdafiəçilərinin əməliyyat aparmalı olduqları gecə rəcəz oxumağa başladılalr. Sübhə az qalırdı. Mən Semyonov binoklu ilə müşahidə edirdim ki, səngərlərində ayaq üstə dayanıb deyirlər: Allahu-Əkbər... Ləbbəykə ya Rəsuləllah... Ləbbəykə ya Yəzid... Ləbbəykə ya Müaviyə...
 
Suriya səfərlərimdən birində həzrət Zeynəbin hərəminin həyətinə bir neçə mərmi düşdü. Sələfilərlə aramızdakı məsafə 700-800 metrədək azalmışdı. Partlayış dalğası hərəmin şüşələrini qırmışdı. Hərəmin səhnəsi şüşə qırıntıları ilə dolu idi. Ayaqyalın gəzmək mümkün deyildi. Hökmən ayaqqabı geyməli idin. Zərih bütünlüklə toz-torpağa bürünmüşdü. Kərbəla hadisəsindən 1400 il sonra həzrət Zeynəbin hərəminə amansız hücum Suriya şiələrinə çox ağır gəlirdi.
 
Hərəmin müdafiəçiləri həqiqətən ədəb əhlidirlər. Onlar su içmək üçün xanım Zeynəbdən icazə istəyirlər. Şiələr hərəmi dövrəyə alıb göz bəbəyi kimi qoruyurlar. Müsahibə almaq üçün hərəmin müdafiəçilərindən birinin evinə getdim. Bu şəxs toy günü yaralanmışdı. Ayağına güllə dəymişdi. Ondan ayağının ağrıyıb-ağrımadığını soruşdum. Maraqlı cavab verdi: “Mənim dərdim dostlarım döyüş xəttində ikən burada uzanıb qalmağımdır. Bəli, canım ağrayır, çünki dostum ötən gecə şəhadətə çatıb, mənsə yataqdayam. Yataqda olmağım mənə xəcalət olub. Hərəmin müdafiəsindəkilərə qoşulmaq imkanım yoxdur.”
 
Mən bir film çəkmişdim. Vəhhabilər və sələfilər şəhərin, evlərin divarlarına yazmışdılar ki, şiələri və övladlarını öldürmək, malını qarət etmək halaldır. 
 
Xanım Zeynəbin hərəmi olan məntəqədə ən təhlükəli nöqtələrdən biri 405-ci postdur. Bu post açıq sahədə yerləşir, ətrafdakı bütün evlər dağıdılıb. Mən ayağı yaralanmış gəncdən müsahibə alandan 10 gün sonra onu 405-ci postda gördüm. Səngərdə oturmuşdu, ayağa qalxa bilmirdi. Belə bir vəziyyətdə səngərə gəlmişdi. Bu gənc vəzifəsini tanıyırdı və ona əməl etmək əzmindəydi. 20 mindən artıq şiə hazırda həmin məntəqədə olduqca ağır həyat şəraitində xanımın hərəmini qoruyur. Məntəqədəki sünnə əhli də şiələrə sığınıb. Terrorçular sünnə əhli yox, vəhhabi və sələfilərdir. Araşdırmaq lazımdır ki, təkfirçi sələfilər nə üçün şiələrin qanını və malını hala hesab edirlər?
Comment