0
Saturday 10 September 2011 - 23:28
Con Bolton:

İrana qarşı bütün informasiya əməliyyatları məğlubiyyətə uğradı

Story Code : 97852
İrana qarşı bütün informasiya əməliyyatları məğlubiyyətə uğradı
İrana qarşı bütün informasiya əməliyyatları məğlubiyyətə uğradı
"IslamTimes" xəbər verir ki, Con Bolton Amerikanın İrana ən müxalif rəsmilərindəndir. 2011-ci il sentyabrın 5-də BBC teleşəbəkəsinin Hard Talk verlişində Bolton deyib: “Beynəlxalq Atom Enerji Təşkilatının hesabı göstərir ki, İranın nüvə proqramına qarşı görülmüş tədbirlərin heç bir nəticəsi olmayıb.

Verlişdə aparıcı Stefan Sakorun suallarını cavablandıran Bolton sözünə belə davam edib: “Beynəlxalq Atom Enerji Təşkilatının əldə etdiyi informasiyaya əsasən deyə bilərik ki, uranın zənginləşdirilməsinə qarşı işə salınmış
proqramlar, o cümlədən “staksnet” virusu təsirsiz olub və İran uran zənginləşdirilməsini artırıb. İranın növbəti təsisatları istifadəyə vermə proqramı da ikiqat sürətlənib. Artıq İran 2 ay ərzində nüvə silahı üçün bəs edəcək qədər uran zənginləşdirmək gücündədir. Beləcə fəaliyyətlərimiz daşa dirəndi."

Sakor söhbət gedişində Boltondan soruşub: “Qeyd etdiyiniz kimi mühüm təhlükələrdən biri İrandır. Sizin nəzərinizcə BMT-nin, MAQATE-nin İrana qarşı embarqoları onun nüvə proqramını dayandıra bilməzmi?”


Bolton belə cavab verir: “Düşünürəm ki, İranın nüvə proqramını əngəlləyə biləcək heç bir tədbir görülməyib. Şimali Koreyaya baxın. Bu ölkə bütün ölkələrdən daha artıq embarqolarla qarşılaşıb. Hansı ki, iki dəfə nüvə bombasının sınağını keçirib və bu proqramı davam etdirir. Şimali Koreyanın İranla yaxın əməkdaşlığı var. Bu səbəbdən də müzakirələrin İranı qane edəcəyi və 20 illik proqramı dayandırcağı inandırıcı deyil.”

Növbəti sual belə olub: “İranın nüvə proqramı ilə bağlı 10
illik təcrübə hansı qənaətlər yaradıb?”

Bolton deyib: “Artıq belə bir ehtimal var ki, İran nüvə silahını əldə etməyə çox yaxındır. Bu hadisə baş verəcəyi vaxt dünya ağıla gəlməyəcək dərəcədə dəyişəcək.”

Müsahibənin sonunda aparıcı İrana qarşı ən təsirli vasitə haqqında soruşub.

Bolton deyib: “Düşünürəm ki, Suriya və İrana Amerika əskərlərinin qədəm qoymasına ehtiyac yoxdur. İşimiz müxalifləri ayağa qaldıra biləcək təbliğatdan başqa bir şey deyil.”

"IslamTimes" - Tərcümə şöbəsi
Source : Keyhan qəzeti
Comment