0
Sunday 26 June 2022 - 17:35

Türkiyə Kaşıkçının qətli ilə bağlı 26 səudiyyəli müttəhimə bəraət verib

Story Code : 1001247
Türkiyə Kaşıkçının qətli ilə bağlı 26 səudiyyəli müttəhimə bəraət verib
Türkiyə prokuroru İstanbulda Camal Kaşıkçının qətlini törədənlərin məhkəməsi başlayandan sonra, yəni aprel ayında qətldə ittiham olunanların məhkəməsinin Ər-Riyada köçürülməsini istəyib.
Bu tələb Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Türkiyəyə səfərindən və prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən bir neçə gün sonra irəli sürülüb.

Qeyd edək ki, Camal Kaşıkçı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda dəhşətli şəkildə qətlə yetirilib. Beynəlxalq Amnistiya Təşkilatı bundan əvvəl Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Camal Kaşıkçının qətlində birbaşa müqəssir saymışdı.