0
Wednesday 29 June 2022 - 09:00

İran prezidenti: Xəzər dənizi sahil ölkələrin müştərək mirası və sərmayəsidir

Story Code : 1001751
İran prezidenti: Xəzər dənizi sahil ölkələrin müştərək mirası və sərmayəsidir
SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi Türkmənistana səfərindən öncə deyib.

İranın prezidenti Xəzəryanı ölkələrin sammitinə qatılmaq üçün Türkmənistana səfərindən öncə mətbuata verdiyi açıqlamasında bildirib ki, Xəzər sahil ölkələrinin müştərək mirası və sərmayəsidir.

Türkmənistan prezidentinin dəvəti ilə Xəzəryanı ölkələrin altıncı sammitinə yollandığını deyən İran prezidenti qeyd edib ki, bu iclasda xəzərin hüququ statusunun, onun təhlükəsizliyi, sahil ölkələri arasında tranzit, nəqliyyat, ticarət, ekologiya və sair sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

O bildirib ki, iclasın gündəminə, əcnəbi qüvvələrin Xəzərdə mövcudluğuna mane olmaq məsələsi də daxildir. Rəisi əlavə edib ki, Xəzəryanı ölkələr son məsələ ilə bağlı yekdildirlər.