0
Wednesday 6 July 2022 - 08:35

İtaliyanın 5 regionunda fövqəladə vəziyyət elan olunub

Story Code : 1003010
İtaliyanın 5 regionunda fövqəladə vəziyyət elan olunub
APA-nın xəbərinə görə, ölkənin şimalında, Po çayı boyunca yerləşən 5 regionda fövqəladə vəziyyət elan edilib.

Su qıtlığı ilə mübarizə üçün bu regionlara 36 milyon avrodan çox vəsait ayrılıb. Ölkə rəsmilərinin sözlərinə görə, quraqlıq İtaliyanın kənd təsərrüfatının 30 faizindən çoxunu təhlükəyə atır.

650 km-dək uzanan Po çayı İtaliyanın ən uzun çayıdır. Lakin son vaxtlar dənizin duzlu suyunun bu çaya qarışması əkin sahələrində məhsulları da məhv edir.