0
Tuesday 19 July 2022 - 10:09

Qırmızı dənizin İsrail dənizi olmasına imkan verməyəcəyik

Story Code : 1004924
Qırmızı dənizin İsrail dənizi olmasına imkan verməyəcəyik
SalamNews əl-Məyadinə istinadən xəbər verir ki, bunu Yəməndə husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin baş naziri Əbdüləziz Habtur deyib.

O, ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfəri, bu səfər çərçivəsində Səudiyyə Ərəbistanın hava məkanının İsrail təyyarələri üçün açılması razılaşmasının əldə edilməsinə toxunub və Qırmızı dənizdə son sözün Yəmən tərəfindən deyiləcəyini bildirib.

Yəmənin “Milli Qurtuluş Hökuməti”nin baş naziri bildirib ki, Yəmən bölgə sularının İsrailin dənizinə çevrilməsinə icazə verməyəcək.

Əbdüləziz Habtur ABŞ prezidentinin regiona son səfərinə də işarə edərək deyib: ABŞ prezidenti Co Baydenin bölgəyə səfəri Vaşinqtonun zəifliyini göstərir.

O, həmçinin Ciddə sammitinin bəyanatını “əsl ikiüzlülük” kimi qiymətləndirib və bildirib ki, Səudiyyə Ərəbistanı təcavüzkardır və heç vaxt Yəməndə vasitəçi olmayıb.