0
Thursday 4 August 2022 - 11:27

Vanq Yi: Amerikanın Tayvanda etdikləri planlaşdırılmış oyundur

Story Code : 1007558
Vanq Yi: Amerikanın Tayvanda etdikləri planlaşdırılmış oyundur
Sputnik xəbər agentliyi Vanq Yi-nin Pnompendə Kambocanın baş naziri Hun Sen ilə görüşündə Çinin xarici işlər nazirinin sözlərinə istinadən yazır ki, Amerikanın Tayvanla bağlı təxribat xarakterli hərəkətləri təsadüfi deyil, Amerikanın əsl çirkin simasını ifşa edən yaxşı planlaşdırılmış oyundur.

O əlavə edib ki, Vaşinqtonun Tayvanı istifadə edərək Çini qıcıqlandırma planları uğursuzluğa düçar olacaq və bu bu adanın öz torpaqlarına qaçılmaz olaraq qaytarılması prosesini dəyişdirməyəcək.