0
Sunday 7 August 2022 - 12:02

İsrailin Qəzzaya təcavüzündə ölən 25 nəfərin azı altısı uşaqdır

Story Code : 1008024
İsrailin Qəzzaya təcavüzündə ölən 25 nəfərin azı altısı uşaqdır
SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzzaya təcavüzündə 25 nəfər həyatını itirib. Onların altısı uşaq və ikisi qadındır.

Bu təcavüz nəticəsində indiyədək 215 nəfər yaralanıb ki, onların 96-sı uşaq, 30-u qadın və 12-si yaşlı insanlardır.

Bu arada Fələstinli hərəkatlardan “Səraya əl-Qüds” komandirlərindən biri Xalid Səid Mənsurun İsrailin hava zərbələrində həyatını itirdiyini bildirib.

Qeyd edək ki, İsrail bu hücumu Qəzzada “İslami Cihad” hərəkatının komandirlərindən biri Təysir əl-Cəbarini öldürməklə başlayıb.

Fələstinli hərəkatlar cavab olaraq, Qəzzadan İsrailin nəzarətində olan bölgələrə 400-dən çox raket və mərmi atıblar.