0
Wednesday 10 August 2022 - 11:15

Suriya hökuməti ABŞ-ın ölkədə mənimsədiyi neftin miqdarını açıqlayıb

Story Code : 1008451
Suriya hökuməti ABŞ-ın ölkədə mənimsədiyi neftin miqdarını açıqlayıb
SalamNews SANA-a isyinadən xəbər verir ki, bu barədə Suriyanın Neft Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şərqdəki neft yataqlarının gündəlik hasilatı 80,3 min bareldir ki, bu da Amerika qüvvələrinin onun böyük hissəsini oğurladığını təsdiqləyir.

Nazirlik bildirib ki, cari ilin birinci yarısında neft hasilatının həcmi təqribən 14,5 milyon barel təşkil edib və gündəlik orta hasilat 80,3 min barrel olub ki, bunun da 14,2 min barelinin sutkada neft ayırma zavodlarına çatdırılması təmin edilir. Yerdə qalan 66 min barel isə Amerikanın işğalçı qüvvələri və onların muzdluları tərəfindən oğurlanır.

Qeyd edək ki, ABŞ qüvvələri və onların dəstəklədiyi separatçı kürd birləşmələri 2014-cü ildən bölgədə İŞİD-lə mübarizə adı altında Fəratın şərqini və buradakı neft-qaz yataqlarını zəbt ediblər.