0
Thursday 18 August 2022 - 19:14

Politico: "ABŞ şirkətlərinə Türkiyəni tərk etməyi tövsiyə edə bilər"

Story Code : 1009839
Politico: "ABŞ şirkətlərinə Türkiyəni tərk etməyi tövsiyə edə bilər"
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Amerika rəsmisinə istinadla “Politico” qəzeti yazıb

"Düşünürük ki, Türkiyə biznes və kapital üçün qlobal cazibə mərkəzi olmalıdır, lakin Rusiya ilə sıx münasibətlər Türkiyənin bütün dünya ilə inteqrasiyası üçün real risklər yaradacaq", deyə məmur bildirib.

Nəşrin bildirdiyinə görə Qərb Türkiyənin “sanksiyalardan yayındığını” sübut edə bilsə, o zaman ABŞ hətta ikinci dərəcəli sanksiyalar çərçivəsində onu dollardan ayıra bilər. Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano qəzetə bildirib ki, Ankara məhdudiyyətlərdən yayınmaq üçün Moskvaya həll yolları axtarmağa kömək etməməlidir və qeyd edib ki, Brüssel "vəziyyəti diqqətlə izləyir".