0
Saturday 10 September 2022 - 19:52

Elçin Sadıqov və Əvəz Zeynallı saxlanılaraq dindirilir - YENİLƏNİB-1

Story Code : 1013741
Elçin Sadıqov və Əvəz Zeynallı saxlanılaraq dindirilir - YENİLƏNİB-1
APA xəbər verir ki, Elçin Sadıqovun da ofisində və evində axtarış aparılıb.

***

19:30

Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.

APA-nın xəbərinə görə, bu barədə Əvəz Zeynallının dostları sosial şəbəkədə yazıblar.

İstintaq hərəkətləri çərçivəsində Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb.

Vəkil Elçin Sadıqovun isə evində axtarış aparılandan sonra vəkil olduğu ofisdə axtarış davam etdirilir.

***

16:50

Əvəz Zeynallıya cinayət işi açılıb.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, hazırda istintaq hərəkətləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.