Bununla bağlı Suriya dövlət televiziyası Suriyanın şərqindəki Əl-Həsəka əyalətinin əş-Şədadi şəhərindəki Amerika bazasına mənşəyi məlum olmayan bir neçə raketin düşdüyünü bildirib.
Digər yerli mənbələr də İraq və Suriya sərhədindəki Amerika hərbi bazasının 4 raketlə silkələndiyini bildirib.
Qeyd edək ki, ABŞ-ın Suriya üzrə nümayəndəsi Nikolas Qrencer Türkiyənin Suriya şimalında hərbi əməliyyatlara başlamasına ABŞ-ın razılıq vermədiyi ilə bağlı bəyanatları, Türkiyənin Suriyada keçirəcəyi əməliyyatlarla bağlı narahatlıqların artdığına dəlildir.
Qrencer cümə günü Əl-Ərəbiyyə kanalına verdiyi açıqlamada deyib: “Səfirimiz vasitəsilə Suriyanın şimalında hərbi əməliyyatlara qəti etirazımız barədə Ankaraya məlumat verdik”.