0
Wednesday 18 January 2023 - 15:57

SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzində təlim keçirib

Story Code : 1036232
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzində təlim keçirib

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əli Rza Təngsiri "General-mayor Nəsrullah Şəfii" adını daşıyan dəniz təlimlərinin keçirilməsini elan edərək deyib: "Təlimdə müxtəlif siniflərə aid dəniz qanadlı raket komplekslər, çoxlu və eyni vaxtda hədəfləri olan bombardmançı və dəqiq təyinatlı pilotsuz təyyarələr, sualtı və sərnişinsiz ağıllı sistemlər sınaqdan keçirilib. Həmçinin təlim zamanı helikopterlərdən raket atışları, mobil və üzən meydançalarda heliborn əməliyyatları həyata keçirilib".
Admiral Əli Rza Təngsiri təlimdə bütün əməliyyat mərhələlərinin konkret qrafiklə tamamlandığını və təlimdəki bütün müdafiə komponentlərinin çox əlverişli performans göstərdiyini vurğulayıb.
Admiral Təngsiri İran Hərbi Dəniz Qüvvələrinin və İnqilab Keşikçiləri Qvardiyasının Fars körfəzi, Oman dənizi və Hörmüz boğazı sularında hərtərəfli hazırlıqlarına və onların orada təhlükəsizliyin təmin edilməsinə təsirinə toxunaraq, bildirib ki, trans-regional güclər SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin istənilən təhlükə ilə qəti şəkildə mübarizə aparmağa hazır olduğunu yaxşı bilirlər.
 
Source : SaharTV
Comment