0
Thursday 1 June 2023 - 10:10

Paris Ukraynaya Rusiyaya hücumla bağlı xəbərdarlıq edib

Story Code : 1061321
Paris Ukraynaya Rusiyaya hücumla bağlı xəbərdarlıq edib
Rusiyanın Ukraynanın öz ərazisinə hücumlarına dəstək verməsi ilə bağlı Qərb ölkələrinə etdiyi xəbərdarlıqlardan sonra Paris Fransa silahlarının bu istiqamətdə istifadəsindən narahatlığını bildirib.

"Bloomberg" xəbər kanalı çərşənbə günü axşam Fransa hökumət rəsmisinə istinadən məlumat verib: "Paris Kiyevə xəbərdarlıq edib ki, ölkənin Ukraynaya hərbi yardımı Rusiyaya hücum üçün istifadə edilməməlidir."

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Ukrayna hərbçiləri səkkiz pilotsuz təyyarədən istifadə edərək Moskvaya hücum edib, lakin hər hansı tədbir görülməmiş onların hamısı vurulub.