0
Wednesday 5 July 2023 - 14:25
Avropa Şurası yenə də Bakıya öz iradını bildirdi

Azərbaycan məhbus sayına görə üçüncü yerdədir

Story Code : 1067762
Azərbaycan məhbus sayına görə üçüncü yerdədir
Avropa Şurasının hesabatında deyilir ki, üzv ölkələr arasında məhbus sayına görə lider ölkə Türkiyədir.
2022-ci ilin sonuna olan göstəricilərə görə, burada 303 min 945 məhbus cəza çəkir. Ölkə əhalisinin sayı ilə müqayisə edilsə, Türkiyədə hər 100 min əhaliyə 355 nəfər məhbus düşür.
Türkiyədən sonra məhbus sayı çox olan növbəti ölkə Gürcüstandır. Üçüncü yerdə isə Azərbaycan dayanır. Hər 100 min nəfərə 217 məhbus düşür. Və bu ölkədə ümumi məhbus sayı, təxminən 22 334 nəfərdir.
Qeyd edək ki, təkcə ötən aylar ərzində Azərbaycanda yüzlərlə günahsız insan şərlənərək həbs olunub və işgəncələrə məruz qalıblar, onlara casus və narkotik alverçisi damğaları vurulub. 
Azərbaycanla müqayisədə Ermənistandakı məhbusların sayı çox azdır. Avropa Şurası bildirir ki, Ermənistanda ümumilikdə 2 128 məhbus var. Bu baxımdan Ermənistan Cənubi Qafqazda ən az məhbus sayı olan ölkədir.
 
Source : Sahartv
Tagged
məhbus
Comment