0
Wednesday 19 July 2023 - 12:36
Rusiya İranla bağlı səhvini düzəldir?

Lavrov ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyib

Story Code : 1070576
Lavrov ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyib

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bildirilir ki, hər iki tərəfi maraqlandıran bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində yer alan beynəlxalq hüququn əsas prinsiplərinə sadiq olduqlarını, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulayıblar.
Qeyd edək ki, rəsmi Tehran Rusiyanın adalar barədə Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri ilə birgə bəyanatını qınamış və Moskvadan izahat istəmişdi.
 
Source : Sahartv
Tagged
Iran rusiya
Comment