0
Monday 2 October 2023 - 14:24

Əhmədiyan: Regionun geosiyasətində istənilən dəyişiklik qeyri-sabitliyə səbəb olar

Story Code : 1085460
Əhmədiyan: Regionun geosiyasətində istənilən dəyişiklik qeyri-sabitliyə səbəb olar
Bu məlumata əsasən, Tehranda səfərdə olan Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 1-də İran İslam Respublikası Ali Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşüb və onunla ikitərəfli əlaqələr, Qafqaz regionunda baş verən proseslər və beynəlxalq məsələlər barədə müzakirələr aparıb.
Əhmədiyan bu görüşdə Qafqaz regionunda baş verən son hadisələrə və regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün bütün tərəflərin səylərinin zəruriliyinə toxunaraq, İslam Respublikasının qonşuları ilə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, hər hansı gərginlik və münaqişədən azad regionun yaradılması sahəsində prinsipial və dəyişməz siyasətə malik olduğunu vurğulayıb. İran rəsmisi qeyd edib ki, region ölkələri arasında açıq və konstruktiv dialoq davamlı təhlükəsizliyinə, balanslaşdırılmış inkişafa və region əhalisinin rifahına münbit şərait yarada bilər. Bu məqsədlə İran İslam Respublikası lazımi əsasları təmin etməyə və region ölkələri arasında görüş təşkil etməyə hazırdır.
Bu görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iki ölkə arasında çoxillik əlaqələrə işarə edərək, İrəvanın İran İslam Respublikası ilə əlaqələrin hərtərəfli inkişafına hazır olduğunu bildirib.
Qriqoryan Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında İslam Respublikasının səmərəli roluna toxunaraq, onun bu sahədəki rolunu davam etdirməsini xahiş edib.
 
Source : SaharTV
Comment