0
Thursday 27 October 2011 - 17:45

Bunu əminliklə söyləmək olarmı?!

Story Code : 109750
Bunu əminliklə söyləmək olarmı?!
Bunu əminliklə söyləmək olarmı?!
40 il Liviyada hakimiyyətdə olmuş Müəmmər Qəddafi uzun sürən diktatorluqdan sonra kanalizasiyada gizlənməyə məcbur oldu. Bu şəxsin adı sağ olduğu müddətdə dünyanın ən varlı şəxsi kimi qeyd edilmirdi. Amma onun həlak olmasından bir müddət sonra Liviyanın müvəqqəti hökuməti bildirib ki, Müəmmar Qəddafinin varidatı 200 milyard dollar olub. Bu, rəsmən dünyanın ən zəngin şəxsi hesab edilən meksikalı Karlos Slimin varidatından 3 dəfə artıqdır. 

Amma bu gün Qəddafinin dünyanın ən varlı adamı olmasını söyləmək sadəlik olardı. Ölkəmizdə də bir zamanlar təqdirə layiq görülmüş nazirlərin evlərindən külçələrlə qızıl çıxardılar. Bu nazirlərin başında duran şəxsin Qəddafidən varlı olub-olmadığını bir Allah bilər!
Comment