0
Wednesday 29 November 2023 - 11:52

Qrossi: "İranın nüvə silahı yoxdur"

Story Code : 1098992
Qrossi: "İranın nüvə silahı yoxdur"
Rafael Qrossi Fransanın bu telekanala verdiyi açıqlamada deyib ki, İranın nüvə silahı yoxdur, lakin onun bəzi nüvə imkanları narahatlıq doğurur.
ABŞ-ın Nüvə anlaşmasından imtina etməsinə cavab olaraq İranın öhdəliklərinin azaldılması istiqamətində apardığı işlərə toxunan Qrossi iddia edib ki, İranın reaksiyası narahatlıq doğuran nəticələr, o cümlədən, uranın çox yüksək səviyyədə zənginləşdirməsinə gətirib çıxarıb. 
Qrossi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü olduğunu etiraf etməklə yanaşı, bu məsələdə bəzi fikir ayrılıqlarının olmasını da diqqətə çəkib.
 
 
Source : SaharTV
Comment