0
Wednesday 6 December 2023 - 15:46

İrəvandan Rusiyanı qıcıqlandıran daha bir jest

Story Code : 1100804
İrəvandan Rusiyanı qıcıqlandıran daha bir jest
Ermənistan parlamentinin nümayəndə heyəti KTMT PA-nın qarşıdakı iclasında iştirak etməyəcək.
Ermənistan parlamentinin mətbuat xidmətindən bildiriblər ki, bu ölkə parlamentinin spikeri Alen Simonyan KTMT Parlament Assambleyası Şurasının qarşıdan gələn iclasında iştirak etməyəcək.
Məlumata əsasən, parlamentin spikeri Alen Simonyan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərərək iclasda iştirak etməmək qərarı barədə ona məlumat verib.
Dekabrın 19-da Moskvada KTMT PA Şurasının 16-cı plenar iclası keçiriləcək.
Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin RİA-ya açıqlamasında İrəvanın qərarına cavab olaraq bildirib ki, Ermənistan nümayəndə heyətinin KTMT PA-ya gəlməmək qərarı təəssüf hissi ilə qarşılanır.
 
Source : SaharTV
Tagged
ermənistan
Comment