0
Sunday 31 December 2023 - 15:39
Sərdar Qaani fələstinlilərin Əl-Əqsa Tufanı əməliyyatında müstəqil hərəkət etdiklərini bildirib

“Fələstin Müqaviməti öz planı və qərarı əsasında əməliyyat apardı”

Story Code : 1106072
“Fələstin Müqaviməti öz planı və qərarı əsasında əməliyyat apardı”
İsmayıl Qaani cümə günü axşam şəhid Hüseyn Purcəfərinin anım mərasimində etdiyi çıxışında bölgədəki Müqavimətin qərar və hökm sahibi olduğunu qeyd edərək deyib: “Bu gün bütün regionda Müqavimətin özünəməxsus müstəqil və münasib strukturu var və Müqavimət qrupları addım-addım böyümüşlər və bu gün regional səviyyədə Müqavimət cəbhəsinin bütün hissələri özləri istənilən qırarı çıxarırlar”.
Sərdar Qaani əlavə edib ki, Fələstin müqaviməti sionist rejimin müsəlman xalqına qarşı törətdiyi geniş cinayətlərə görə plan hazırlamışdı və onu uğurla həyata keçirdi. Yəni özləri hazırladıqları planı icraya qoydular və bunu necə də gözəl bir şəkildə etdilər.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı sonra sionist rejim rəhbərlərinə səslənərək vurğulayıb: “Siz şəhid Rəzi Musəvini terror edib qətlə yetirirsiniz, çünki Qəzzədəki döyüş meydanında heç nə əldə edə bilmədiniz, lakin İran sizin planlarınıza cəlb olunmayacaq. Sionist rejim və Birləşmiş Ştatlar müharibənin əvvəlindən indiyədək hansı nailiyyətlər əldə etdilər. Onların hünəri ancaq günahsız qadın və uşaqları öldürməkdir”.
General Qaani amerikalılara xitabən də deyib: “Əgər siz İraqdakı məntiqsiz davranışlarınıza davam etsəniz, İraq Müqaviməti mülahizələrini bir kənara qoyub sizə başqa bir cavab verəcək”.
 
Source : SaharTV
Comment