0
Sunday 6 September 2009 - 05:41

İSRAIL DÜNYA ÜÇÜN TƏHLÜKƏDIR

Story Code : 11141
İSRAIL DÜNYA ÜÇÜN TƏHLÜKƏDIR
Belə ki, "Hela Hälsingland" adlı qəzet İsveç hökümətindən İsveçin Ali Məktəblərində İsrailliləri və başqa ölkələrin yəhudilərini nüvə fizikasının öyrədilməsini dayandırmağa çağırıb.

Bu məqalənin yazarı yazısının əvvəlini bu cür başlayır: "Əgər İsveç höküməti iranlı tələbələrə nüvə fizikası dərslərinin keçirilməsinə İranın nüvə silahı əldə etməməsi üçün qadağa qoyursa, Yaxın Şərqdə çox təhlükəli bir ölkə vardır ki, artıq onun əlində 200 nüvə başlığı var. Bu ölkə İsraildir ki, MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmır və nüvə texnologiyalarının istifadə edilməməsi üçün konvensiyaya imza atmaq istəmir".

Yazar həmçinin Mordexey Vaanun adlı şəxsin 18 il İsrail zindanlarında dünyaya İsrailin nüvə proqramını yaymaq istəyinə görə həbsinə də işarə edib.

Yazının sonunda İsrailin 1981-ci ildə İraqın nüvə obyektlərərini bombalamasından və indidə İrana bu hücumu etmək istəklərindən yazan İsveçli yazar: "İsrail nüvə silahı barədə çox böyük bilgilərə sahib olmaqdadır. İsrailliləri və digər ölkənin yəhudilərinə nüvə fizikası dərslərinin keçilməsinə qadağa qoymaq vaxtı çatıbdır. İsrail bütün dünya üçün təhlükədir və dünyada nüvə müharibəsinin başlaması üçün təxribat yarada bilər"-deyib.

İsrail isə öz növbəsində bu haqq sözlərə yenə: "antisemitizmdir"-deməklə kifayətlənib.
Source : Islam-Azeri.az
Comment