0
Wednesday 28 February 2024 - 16:06

Livan Hizbullah Hərəkatı xunta rejimini sıxışdırır

Story Code : 1119125
Livan Hizbullah Hərəkatı xunta rejimini sıxışdırır
Livan İslami müqavimətinin sionist rejimə qarşı əməliyyatları misli görünməmiş səviyyəyə çatıb.
Livanın Əl-İttihad Araşdırma Mərkəzinin rəhbəri Hadi Kubeysi verdiyi müsahibədə deyib: “Livan İslami müqavimətinin son dörd ayda İsrailə qarşı həyata keçirdiyi min əməliyyatla öz gücünü göstərdi və rejimin təhlükəsizlik sistemləri bu hücumlarda böyük zərbə aldı”.
Onun sözlərinə görə, fasiləsiz davam edən əməliyyatlar nəticəsində on minlərlə sionist mühacir didərgin düşüb.
Hizbullahın əməliyyatları həmçinin casusluq infrastrukturu və İsrail ordusunun sürətli xəbərdarlıq sistemləri və strukturunu hədəfə alaraq, rejimə oktyabrın 7-də daddığı acı məğlubiyyətinin xatirəsini təkrarlatdı.
 
Source : SaharTV
Comment